2025-ci ilin birinci yarısında sahibkarlarla 70-ə yaxın sahəvi və maarifləndirici görüşlər keçirilib

2025-ci ilin birinci yarısında sahibkarlarla 70-ə yaxın sahəvi və maarifləndirici görüşlər keçirilib






presstv

"Presstv"az #Bakı

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə 2025-ci ilin yanvar-iyun ayları ərzində sahibkarların və potensial biznes subyektlərinin iştirakı ilə Bakıda və regionlarda 68 sahəvi və maarifləndirici görüş keçirilib.

presstvaz xəbər verir ki, bu barədə KOBİA məlumat yayıb.

Bildirilib ki, 1400-dən çox sahibkarın qatıldığı görüşlər maliyyə resurslarına çıxış, turizm, heyvandarlıq, çayçılıq, sənaye, reklam və digər sektorlar üzrə biznesin aktual ehtiyaclarına həsr olunub. Sahibkarların iştirak imkanlarını artırmaq məqsədilə bəzi görüşlər onlayn formatda baş tutub.

2025-ci ilin ikinci yarısında da sahəvi və maarifləndirici görüşlər davam etdiriləcək. Ay ərzində keçirilən görüşlər barədə sahibkarlar KOBİA-nın rəsmi internet saytından məlumat öyrənə bilərlər.

Qeyd edək ki, müvafiq dövlət qurumlarının iştirakı ilə təşkil olunan belə görüşlər sahibkarlarla birbaşa ünsiyyətin genişlənməsinə, onların ehtiyac və təkliflərinin yerində öyrənilməsinə, mövcud dəstək mexanizmləri barədə məlumatlandırılmasına, eləcə də praktiki məsələlərin müzakirəsinə imkan yaradır. Bu görüşlər, eyni zamanda, sahibkarların bilik və bacarıqlarının artırılması, şəbəkələşməsi, dövlət-sahibkar əməkdaşlığının gücləndirilməsi baxımından da əhəmiyyətlidir. Görüşlərdə biznes subyektlərinin səsləndirdiyi təklif və fikirlər gələcəkdə yeni dəstək alətlərinin formalaşdırılması, qanunvericilik təşəbbüsləri baxımından da önəmlidir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv