ABŞ vətəndaşlarının Türkiyədə aldığı daşınmaz əmlakların sayı açıqlanıb

ABŞ vətəndaşlarının Türkiyədə aldığı daşınmaz əmlakların sayı açıqlanıb






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

2024-cü ilin yanvar-mart aylarında ABŞ vətəndaşları Türkiyədə 133 daşınmaz əmlak satın alıblar ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 56 obyekt azdır.

presstvaz-ın TurkicWorld-ə istinadən xəbərinə görə, bu barədə Türkiyənin Torpaq Kadastrı və Daşınmaz Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanından məlumat verilib.

Bildirilib ki, bu ilin mart ayında ABŞ vətəndaşları Türkiyədə 65 daşınmaz əmlak alıblar ki, bu da 2023-cü ilin mart ayı ilə müqayisədə 28 obyekt azdır.

Qeyd edək ki, 2024-cü ilin mart ayında Türkiyədə 105 min 394 mənzil satın alınıb ki, bu da 2023-cü ilin mart ayı ilə müqayisədə 0,1 faiz azdır.

Məlumata görə, 2024-cü ilin yanvar-mart aylarında Türkiyədə 279 min 604 mənzil satın alınıb.

“Bu göstəricilər 2023-cü ilin eyni dövrü ilə müqayisədə 1,3 faiz azdır”, – deyə nazirlikdən qeyd edilib.

2024-cü ilin mart ayında Türkiyədə xarici vətəndaşlara 778 mənzil satılıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 47,9 faiz azdır.

Eyni ilin yanvar-mart aylarında əcnəbi vətəndaşlar Türkiyədən 5 min 685 mənzil alıblar ki buda keçən ilin eyni dövrü ilə müqayisədə 48 faiz azdır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv