Biləsuvarda 87 yaşlı kişi evində 500 yaşlı kitabları qoruyur

Biləsuvarda 87 yaşlı kişi evində 500 yaşlı kitabları qoruyur






presstv

"Presstv"az #Ailə, #Biləsuvar, #İran, #Kitab, #Təhsil

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Biləsuvar rayonunda şəxsi evdə 60-dan çox elmi kitab mühafizə olunur.

presstvaz-ın məlumatına görə, sözügedən kitablar rayonun Bəydili kənd sakini, 87 yaşlı Kamal Məmmədov tərəfindən qorunur.

K.Məmmədov 1937-ci ildə Lerikin Kəlvəc kəndində anadan olub. Onun sözlərinə görə, bu kitablar ona babası Mirzə Cəfərdən yadigar qalıb:

“Babam Mirzə Cəfər kitabları təhsil aldığı müddətdə əldə edib. Daha sonra doğulduğu Lerik rayonunun Kəlvəc kəndində geniş maarifçilik işi ilə məşğul olmağa başlayıb. Kitabların yaşı təxminən 500 ilə yaxındır. Sovet imperiyasının ilk illərində bu kitabların çoxu yandırılaraq məhv edilib. Ona görə də digər kitabları qorumaq üçün onları evin divarına hörüblər. Daha sonra 50-ci illərdə İranla sərhədyanı ərazilərdə yaşayan bir çox sakinlər kimi bizim ailə də Lerik rayonunun Kəlvəc kəndindən Biləsuvar rayonuna köçürülüb. Lakin bu zaman bu kitabları da qiymətli əşya kimi özümüzlə götürməyi unutmadıq. Artıq 80 ilə yaxındır ki, bu kitabları göz bəbəyi kimi qoruyuram”.

Qeyd edək ki, bu kitablarda tibb, astronomiya, fizika, həndəsə və digər dünyəvi elmlərdən bəhs olunur.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv