“Azercell” və Azərbaycan Cüdo Federasiyasının sosial layihəsi beynəlxalq mükafata layiq görülüb

“Azercell” və Azərbaycan Cüdo Federasiyasının sosial layihəsi beynəlxalq mükafata layiq görülüb






presstv

"Presstv"az #Azercell, #Azərbaycan, #Azərbaycan Cüdo Federasiyası, #Sağlam həyat tərzi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Azercell Telekom” MMC və Azərbaycan Cüdo Federasiyasının birgə təşəbbüsü ilə həyata keçirilən “Doğru yol budur” sosial kampaniyası KIAF – Beynəlxalq Reklam Festivalında yüksək nəticə əldə edib. Layihə “Əməkdaşlıq və tərəfdaşlıqlar” və “Qeyri-kommersiya və xeyriyyə layihələri” kateqoriyaları üzrə gümüş medallara layiq görülüb.

Eyni zamanda, layihə “Korporativ imic və nüfuzun formalaşdırılması” və “Brendlərarası əməkdaşlıq” kateqoriyalarında da finala çıxaraq beynəlxalq reklam və yaradıcı sənaye mütəxəssislərindən ibarət münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib.

Qeyd edək ki, “Doğru yol budur” kampaniyasının məqsədi gəncləri zərərli vərdişlərdən uzaq tutmaq və onların asudə vaxtlarını sağlam həyat tərzi və idmanla dəyərləndirməyə təşviq etməkdir. Sosial təşəbbüs çərçivəsində Cüdo Federasiyasının məktəb və bölmələrində qeydiyyatdan keçən gənclərə cüdo ilə ödənişsiz şəkildə məşğul olmaq imkanı yaradılıb. Layihə əsnasında yeniyetmə və gənclər arasında geniş maarifləndirmə işləri aparılıb. Paytaxt və Azərbaycanın bir çox bölgələrində, xüsusən də məktəblərin ətrafında və gənclərin daha çox toplandığı yerlərdə narkotik vasitələrdən istifadənin yıxıcı fəsadlarını əks etdirən təsiri posterlər yerləşdirilib.

Onu da qeyd edək ki, məşhur rep ifaçısı Orxan Zeynallının bu layihə üçün bəstələdiyi “Bir də gəlsəm” mahnısı sosial mediada milyonlarca baxış toplayıb. Mahnının klipini ölkənin aparıcı rejissorlarından biri olan Emil Quliyev çəkib.

Təşəbbüsün nəticəsində 900-ə yaxın gənc cüdo təlimlərinə qoşularaq zərərli vərdişlərdən uzaq durmağı seçib.

Xatırladaq ki, 2000-ci ildən etibarən keçirilən KIAF qlobal reklam, media, PR və dizayn sahəsində fəaliyyət göstərən şirkət və mütəxəssisləri bir araya gətirən aparıcı platformalardan biri hesab edilir.

“Doğru yol budur” layihəsinin bu nüfuzlu festival tərəfindən mükafatlandırılması, onun sosial təsirinin və kommunikasiya strategiyasının beynəlxalq səviyyədə də yüksək qiymətləndirilməsinin bir göstəricisidir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv