AZAL-a məxsus sərnişin təyyarəsinin Rusiya tərəfindən vurulması barədə Baş Prokurorluqdan AÇIQLAMA

AZAL-a məxsus sərnişin təyyarəsinin Rusiya tərəfindən vurulması barədə Baş Prokurorluqdan AÇIQLAMA






presstv

"Presstv"az #Aktau, #Azərbaycan, #Bakı, #Braziliya, #Hadisə, #Mətbuat konfransı, #Nəqliyyat, #Qazax, #Qazaxıstan, #Qırğızıstan, #Qroznı, #Rusiya, #təyyarə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“AZAL-a məxsus sərnişin təyyarəsinin Rusiya Müdafiə Nazirliyi tərəfindən vurulması ilə bağlı yayılan məlumatlar araşdırılır”.

presstvaz-ın məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Baş Prokurorluğun İstintaq idarəsinin rəisi Nemət Əvəzov deyib.

O bildirib ki, bununla bağlı informasiya yoxlanılır:

“Ümumiyyətlə, hər hansısa bir hadisə ilə bağlı mediada yayılan məlumat yoxlanılır, məlumat istintaqa təqdim edilir. Həmçinin bu məlumatların hansı mənbədən və hansı əsasla da yayıldığı araşdırılır. Sözügedən hadisə ilə bağlı yayılan iddia da eyni qayda üzrə yoxlanılır”.

Qeyd edək ki, ötən gün rusiyalı hava hücumundan müdafiə bölməsinin kapitanı Paladıçuk Dmitri Sergeyeviçin səsyazısı yayılıb. O, təyyarəyə atəş açılması əmrinin Rusiya Müdafiə Nazirliyi tərəfindən verildiyini bildirib.

Xatırladaq ki, dekabrın 25-də Aktau yaxınlığında Bakıdan Qroznıya uçan AZAL aviaşirkətinin təyyarəsi qəzaya uğrayıb. Təyyarədə 5 ekipaj üzvü daxil olmaqla 67 nəfər olub. Onlar Azərbaycan, Rusiya, Qazaxıstan və Qırğızıstan vətəndaşları olub. 29 nəfər sağ qalıb. Cari il yanvarın 7-də Braziliyada Aktau yaxınlığında qəzaya uğramış “Azerbaijan Airlines” təyyarəsinin qara qutularının açılmasının başa çatdığı məlum olub. Qeyd edilib ki, əldə edilən məlumat Qazaxıstana göndərilib. Fevralın 4-də Qazaxıstan Nəqliyyat Nazirliyi tərəfindən dərc edilmiş qəzanın araşdırılması üzrə ilkin hesabat ortaya çıxıb. Hesabatda hadisələrin xronologiyası və zədələrin fotoşəkilləri təqdim edilib.\oxu.az/


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv