Putin və Makron 2022-ci ildən bəri ilk dəfə telefonda danışıblar

Putin və Makron 2022-ci ildən bəri ilk dəfə telefonda danışıblar






presstv

"Presstv"az #Emmanuel Makron, #Fransa, #İran, #İsrail, #Münaqişə, #Rusiya, #Ukrayna, #Vladimir Putin, #Yaxın Şərq

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Rusiya Prezidenti Vladimir Putinin fransalı həmkarı Emmanuel Makronla telefon danışığı baş tutub.

presstvaz bu barədə Kremlin saytına istinadla xəbər verir.

Məlumata görə, telefon danışığı zamanı Ukraynadakı vəziyyətə də toxunulub. Bu əsnada Putin bildirib ki, Ukrayna münaqişəsi birbaşa Qərb dövlətlərinin siyasətinin nəticəsidir. Münaqişənin sülh yolu ilə nizamlanma perspektivləri də müzakirə edilib.

Bundan əlavə, danışıqlar zamanı Yaxın Şərqdəki vəziyyət, o cümlədən İran-İsrail qarşıdurması, İranın nüvə proqramı müzakirə olunub.

Yelisey sarayının telefon danışığına dair yaydığı məlumatda isə bildirilir ki, liderlər iki saatdan çox danışıblar və Ukraynadakı münaqişəni, İranın nüvə problemini müzakirə ediblər.

Makron Fransanın Ukraynanın suverenliyi və ərazi bütövlüyünə sarsılmaz dəstəyini vurğulayıb, atəşin dayandırılmasına və danışıqların başlanmasına çağırıb.

Qeyd edək ki, Fransa və Rusiya prezidentləri arasında sonuncu telefon danışığı 2022-ci ilin sentyabrında baş tutub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv