“Flamenqo”nun futbol direktoru: “Juninyonu transfer etməyimizin səbəbi boşluğu doldurmaq idi”

“Flamenqo”nun futbol direktoru: “Juninyonu transfer etməyimizin səbəbi boşluğu doldurmaq idi”






presstv

"Presstv"az #"Qarabağ", #ABŞ, #Braziliya, #Futbol, #Olavio Juninyo

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Onun daha yaxşı uyğunlaşacağını gözləyirdik. Lakin bunu əvvəlcədən bilmək çox çətindir”.

presstvaz xəbər verir ki, bunu Braziliya “Flamenqo”sunun futbol direktoru Joze Boto “Qarabağ”dan transfer etdikləri Olavio Juninyonun komandadan ayrılacağına dair xəbərlərə münasibət bildirərkən deyib.

Onun fikrincə, 29 yaşlı hücumçudan daha çox şey gözlənilir:

“Biz Juninyonu Pedro zədələndiyi vaxt almışdıq. Juninyonu mərkəz hücumçumuz olacağı və 50 qol vuracağı düşüncəsi ilə heç vaxt axtarmamışdıq. Sadəcə, mövcud boşluğu doldurmaq istəyirdik. O bu rolda özündən gözləniləni yerinə yetirdi. Əlbəttə, tezliklə uyğunlaşmaq daha çox idmançının dözümlülüyündən asılıdır. İndi daha yüksəksəviyyəli oyunçuların varsa, belə bir imkanı qazanmaq çətindir”.

Botonun sözlərinə görə, az xərclə başa gəldiyi düşünülən forvard məşqlərdə irəliləyiş nümayiş etdirib. Bununla belə, məşqçilər heyəti onun hazırkı heyətdə məhdud yer imkanlarını nəzərə alaraq, tezliklə yeni komanda tapacağını gözləyir.

Qeyd edək ki, Olavio Juninyo klublararası dünya çempionatında yalnız ABŞ “Los Anceles”inə qarşı 8 dəqiqə oynaya bilib. Qalan 3 matçda o, ehtiyatda qalıb. Hazırda “Flamenqo”nun hücum xəttində Bruno Enrike yer alır. Zədəsini sağaldan Pedro da heyətə qayıdıb və buna görə Juninyo üçüncü hücumçu statusuna enib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv