Aydahoda naməlum şəxs yanğınsöndürənləri tələyə salaraq güllələdi

Aydahoda naməlum şəxs yanğınsöndürənləri tələyə salaraq güllələdi






presstv

"Presstv"az #ABŞ, #Hadisə, #Meşə, #Odlu silah, #Silahlı hücum

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ-nin Aydaho ştatında baş verən güclü meşə yanğını zamanı yanğınsöndürənlər silahlı hücuma məruz qalıblar. Hadisə nəticəsində azı iki nəfər həlak olub.

presstvaz-ın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, insident Kenfild Mauntin bölgəsində, Kör-d’Alen şəhəri yaxınlığında qeydə alınıb.

Məlumata əsasən, daha bir nəfər ağır yaralanıb və vəziyyəti kritik olaraq qiymətləndirilir.

İlkin ehtimallara görə, şübhəli şəxs yanğını qəsdən törədərək xilasetmə və hüquq-mühafizə orqanlarının əraziyə gəlməsini təmin edib. Daha sonra isə gizləndiyi mövqedən onlara atəş açmağa başlayıb.

Polis axtarış tədbirlərini helikopterlərin iştirakı ilə davam etdirib. Nəticədə atəş açılan ərazidə bir kişi meyiti və onun yanında odlu silah aşkar olunub. Onun hücumun təşkilatçısı olduğu ehtimal edilir.

Hazırda şəxsin bu addımı hansı məqsədlə atdığı məlum deyil. Hadisə ilə bağlı istintaq davam etdirilir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv