Vəkili Əhliman Gənciyevə edilən zorakılıqdan danışdı

Vəkili Əhliman Gənciyevə edilən zorakılıqdan danışdı






presstv

"Presstv"az #Jurnalistlər, #Sağlamlıq

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Yekaterinburqda həbs olunan Əhliman Gənciyevin vəkili jurnalistlərə açıqlamasında bildirib ki, onun müdafiə etdiyi şəxs saxlanılarkən və həbsdə zorakılığa məruz qalıb. Onun sözlərinə görə, Gənciyevə elektrik şok cihazları və digər ağır əşyalarla işgəncələr verilib. Aldığı xəsarətlər nəticəsində bir müddət xəstəxanaya yerləşdirilib.

presstvaz</strong xəbər verir ki, istintaqın həbs qətimkan tədbiri seçilməsi ilə bağlı vəsatət qaldırmasına baxmayaraq, müdafiə tərəfi ədalətin bərqərar olunmasına çalışır. Vəkilin sözlərinə görə, müdafiə etdiyi şəxs ona qarşı irəli sürülən ittihamlarla razı deyil və göstərilən təzyiqlərə baxmayaraq, özünü təqsirli saymayıb.

Vəkil qeyd edib ki, müdafiə tərəfi onun saxlanıldığını hələ cümə günü öyrənmişdi, lakin iki sutka ərzində Gənciyevin harada olduğunu müəyyənləşdirmək mümkün olmayıb. Polis şöbələri və istintaq təcridxanalarında onun bu müəssisələrdə olmadığı deyilib. Yalnız dünən axşam Gənciyevin istintaq təcridxanasında saxlanıldığı bəlli olub.

Vəkil həmçinin müdafiə etdiyi şəxsin sağlamlıq vəziyyəti ilə bağlı ciddi narahatlığını ifadə edib. Onun sözlərinə görə, Əhliman Gənciyev çətinliklə hərəkət edir və məhkəmə iclası zamanı ağrılar səbəbi ilə otura bilməyib. “Onun həyatı və sağlamlığı üçün narahatam. İstintaq təcridxanasında onunla mümkün qədər çox vaxt keçirməyə çalışacağam ki, mənim yanımda ona qarşı heç bir zorakı hərəkət edilməsin”, – deyə vəkil bildirib.

Qeyd edək ki, məhkəmə Əhliman Gənciyev barəsində 3 gün müddətində həbs qətimkan tədbiri seçib.\azərtac/


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv