Suda boğulma zamanı zərərçəkənə İLK TİBBİ YARDIM

Suda boğulma zamanı zərərçəkənə İLK TİBBİ YARDIM






presstv

"Presstv"az #Hadisə, #Həkim, #Rusiya, #Təcili Tibbi Yardım

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Boğulan insana yardım edərkən hadisənin vəziyyətinə uyğun olaraq düzgün hərəkət ardıcıllığını izləmək vacibdir”.

presstvaz gazeta.ru-ya istinadla bildirir ki, bu barədə rusiyalı professor, həkim Marina Kostyuçenko danışıb.

Onun sözlərinə görə, boğulmaya səbəb müxtəlif amillər – qıcolmalar, ürək-damar xəstəlikləri, suya tullanma zamanı alınan travmalar və s. ola bilər. Lakin əsas ölüm səbəbi tənəffüsün və qan dövranının dayanması nəticəsində beyin hipoksiyasıdır.

“Boğulan şəxsi görən zaman dərhal xilasedicilərə məlumat verilməli, zərərçəkmiş mümkün qədər tez sahilə çıxarılmalı və təcili yardım çağırılmaqla ilkin tibbi yardım göstərilməlidir”, – deyə o bildirib.

1-ci ssenari: Zərərçəkən şüurundadırsa

Bu halda ilk növbədə nəfəs yollarını su və mayelərdən azad etmək vacibdir.

“Onu önə əyərək öskürməsinə imkan yaradın, onu tək buraxmayın və mütləq təcili tibbi yardım briqadasını gözləyin. Tibbi heyət əlavə müalicəyə ehtiyac olub-olmadığını müəyyənləşdirəcək”, – deyə həkim bildirib.

2-ci ssenari: Zərərçəkən huşsuz vəziyyətdədirsə

Bu zaman hər saniyə əhəmiyyətlidir. Həkimin tövsiyə etdiyi ardıcıllıq belədir:

– Zərərçəkmişi arxası üstə uzadın.

– Onu çiyinlərindən yüngülcə silkələyərək və səslənərək şüur vəziyyətini yoxlayın.

– Əgər şüur yoxdursa, başı arxaya əyərək tənəffüs yollarını açın.

– 10 saniyə ərzində “eşidirəm-görürəm-hiss edirəm” metodu ilə nəfəs alıb-almadığını qiymətləndirin.

– Əgər nəfəs almırsa, dərhal ürək-ağciyər reanimasiyasına başlayın:

“Boğulma zamanı reanimasiyaya beş süni nəfəs ilə başlanılır, sonra 30 sinə sıxması və iki süni nəfəsdən ibarət klassik ardıcıllıqla davam etdirilir. Reanimasiya ya təcili tibbi yardım gələnə, ya da zərərçəkmişin öz nəfəsi bərpa olunanadək davam etdirilməlidir”, – deyə həkim əlavə edib.

3-cü ssenari: Zərərçəkənin nəfəsi varsa və ya bərpa olunubsa

Bu halda şəxsi sabit yan vəziyyətə gətirmək lazımdır. Bu vəziyyət dilin geriyə düşərək nəfəs yollarını bağlamasının və ya mədə tərkibinin nəfəs yollarına keçməsinin qarşısını almaq üçün optimal sayılır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv