ABŞ və İran nüvə sazişi üzrə danışıqları bərpa edəcək

ABŞ və İran nüvə sazişi üzrə danışıqları bərpa edəcək






presstv

"Presstv"az #ABŞ, #Dollar, #Donald Tramp, #İran, #İsrail, #Tehran, #Vaşinqton, #Yaxın Şərq

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff yaxın vaxtlarda İranla nüvə proqramı ilə bağlı danışıqlar aparacaq.

presstvaz xəbər verir ki, bu barədə “NBC News” məlumat yayıb.

Mənbənin sözlərinə görə, ABŞ tərəfi sanksiyaların yumşaldılması müqabilində Tehrana uranın zənginləşdirilməsindən imtina etməyi təklif edəcək.

İyunun 13-də İsrailin İranın nüvə və müdafiə obyektlərinə zərbələr endirdiyi əməliyyatdan sonra ABŞ və İran arasında danışıqlar prosesi kəsilib. Yalnız iyunun 24-də əldə olunan atəşkəs razılaşmasından sonra gərginlik azalıb.

İyunun 27-də CNN telekanalı mənbələrə istinadən xəbər verib ki, ABŞ Prezidenti Donald Trampın administrasiyası nüvə proqramı üzrə danışıqların bərpası müqabilində İrana qarşı sanksiyaların ləğvi və dondurulmuş aktivlərin 6 milyard dollarının blokdan çıxarılmasını müzakirə edir. Telekanalın məlumatına görə, sazişin əsas şərtlərindən biri İranın uranın zənginləşdirilməsini istisna edən yeni nüvə proqramına 20-30 milyard dollar sərmayə qoymaq ola bilər. Eyni zamanda, Vaşinqton bu vəsaiti təkbaşına ayırmaq niyyətində deyil – maliyyənin ABŞ-nin Yaxın Şərqdəki müttəfiqləri tərəfindən təmin ediləcəyi gözlənilir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv