Dünyanın ən yaxşı qadın futbolçusu xəstəxanaya düşdü

Dünyanın ən yaxşı qadın futbolçusu xəstəxanaya düşdü






presstv

"Presstv"az #Avropa, #Futbol, #İspaniya, #İspaniyanın, #Yaponiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Barselona” klubunun və İspaniya qadın futbol yığmasının lideri Aytana Bonmati virus mənşəli meningit diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

presstvaz xəbər verir ki, bu barədə məlumat İspaniya Kral Futbol Federasiyasının (RFEF) rəsmi saytında yer alıb.

“Keçirilən tibbi müayinələrdən sonra Bonmatidə virus mənşəli meningit aşkarlanıb. Bu səbəbdən futbolçu cümə günü baş tutan və İspaniyanın Yaponiyaya qarşı 3:1 hesablı qələbəsi ilə nəticələnən yoldaşlıq görüşündə iştirak edə bilməyib”, – deyə açıqlamada qeyd olunub.

Son iki ilin “Qızıl top” (“Ballon d’Or”) mükafatçısı 27 yaşlı Bonmati öz “Instagram” hesabında xəstəxana çarpayısında uzanmış vəziyyətdə Yaponiyaya qarşı oyuna baxdığının əks olunduğu fotonu paylaşıb.

Hazırda onun qarşıdan gələn Avropa çempionatında iştirak edib-etməyəcəyi bəlli deyil. Qadınlardan ibarət İspaniya millisinin turnirdə ilk oyunu iyulun 3-də İsveçrədə Portuqaliyaya qarşı olacaq.

Xatırladaq ki, İspaniya qadın millisi 2023-cü ilin dünya çempionudur.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv