Azərbaycanın üç gənc güləşçisi İtaliyada keçirilən Avropa çempionatının finalına yüksəlib

Azərbaycanın üç gənc güləşçisi İtaliyada keçirilən Avropa çempionatının finalına yüksəlib






presstv

"Presstv"az #Avropa, #Azərbaycan, #Belarus, #Bolqarıstan, #Ermənistan, #Fransa, #Gürcüstan, #İtaliya, #Konya, #Macarıstan, #Moldova, #Polşa, #Rusiya, #Slovakiya, #Türkiyə, #Ukrayna, #Yunanıstan

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycanın üç yunan-Roma güləşçisi İtaliyanın Kaorle şəhərində keçirilən U15 Avropa çempionatının finalına yüksəlib.

presstvaz xəbər verir ki, bu barədə federasiyanın Mətbuat Xidmətindən məlumat verilib.

Qitə birinciliyinin üçüncü günündə milli komandanın 13 üzvü mübarizə aparıb.

38 kq

Hüseyn Əmrahlı italiyalı Nikola Sedikinaya (9:0), belaruslu Qleb Semianenkaya (3:1) və ermənistanlı Vardan Melkonyana (4:2) qalib gələrək finala yüksəlib. Bu çəkidəki digər təmsilçimiz Xudayar Kərimli polşalı Kasper Bieleviçə (11:0) və bolqarıstanlı İvan Aleksandrova (10:0) qalib gəlsə də, 1/4 finalda rusiyalı Arsan Aliyevə (0:9) məğlub olub. Xudayar təsəlliverici görüşə çıxacaq.

41 kq

Rahib Əhmədov slovakiyalı Andrey Posvanka (10:0), rumıniyalı Ayan İstfana (11:0) və polşalı Matvey Bezrukiyə (9:0) qalib gələrək yarımfinala yüksəlib. O, yarımfinalda rusiyalı Soltan Yusupova (2:11) məğlub olduğu üçün bürünc medal uğrunda güləşəcək.

44 kq

Ömər Salmanov türkiyəli Mustafa Güvənə (8:0), litvalı Orestas Stakenasa (8:0) və rusiyalı Denis Sisikinə (10:1) qalib gələrək finala yüksəlib.

48 kq

Vəkil Bəşirov təsnifat mərhələsində yunanıstanlı Nikolaos Zinisaya “tuş”la məğlub olub. Rəqib finala yüksəldiyi üçün Vəkil təsəlliverici görüşə çıxacaq.

52 kq

Hüseyn Mustafazadə polşalı Stanislav Zoltovskiyə (7:1), türkiyəli Mehmet Kayana (13:4) və polşalı Yakub Skiuolkerə (5:3) qalib gələrək yarımfinala yüksəlib. O, yarımfinalda gürcüstanlı Qabriel Tavberidzeyə (4:13) məğlub olduğu üçün bürünc medal uğrunda güləşəcək. Onun çəki yoldaşı Qurban Məcnunov 1/8 finalda rumıniyalı Andrey Peleana 3:4 hesabıyla məğlub olub.

57 kq

İbrahim Məmmədzadə moldovalı Artyom Popeskuya (9:0) qalib gəlsə də, 1/8 finalda ukraynalı Oleksandr Venetsə (3:13) məğlub olub.

62 kq

Nadir Həsənov rusiyalı Adam Yaşurkayevə (4:3), moldovalı Maksim Deliuya (9:1) və türkiyəli Süleyman Şahinola (7:1) qalib gələrək yarımfinala yüksəlib. O, yarımfinalda ermənistanlı Pavel Nazaryana (1:10) məğlub olduğu üçün bürünc medal uğrunda güləşəcək.

68 kq

Əli Məmmədov fransalı Nika Namoyevə (8:0) və gürcüstanlı Daviti Mxeidzeyə (9:1) qalib gəlsə də, 1/4 finalda rusiyalı Yuriy Ronjinə (0:7) məğlub olub.

75 kq

Ruslan Nuriyev gürcüstanlı Mixeil Beridzeyə (3:1), türkiyəli Mehmet Yıldıza (2:0) və rusiyalı Aşot Qaloyana (3:2) qalib gələrək finala yüksəlib.

85 kq

Zöhrab Səfərov macarıstanlı Zombor Simona (9:0) və rusiyalı Aleksandr Karpekinə (10:8) qalib gəlsə də, 1/4 finalda belaruslu Dmitri Kiselə (UWW) “tuş”la məğlub olub. Zöhrab təsəlliverici görüşə çıxacaq. Onunla eyni çəkidə yer alan Məhəmməd Orucov ilk mərhələdə polşalı Lusyan Popeçkiyə “tuş”la məğlub olub.

Təsəlliverici və medallar uğrunda görüşlər sabah keçiriləcək.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv