Azərbaycanda “Formula-1” filminin qapalı nümayişi baş tutub

Azərbaycanda “Formula-1” filminin qapalı nümayişi baş tutub






presstv

"Presstv"az #Aktyor, #Avto, #avtomobillər, #Azərbaycan, #Bakı, #Bakı Şəhər Halqası Əməliyyat Şirkəti, #CineMastercard, #Formula-1, #Jurnalistlər, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Dəniz Mall” ticarət mərkəzində yerləşən “CineMastercard” premium kinoteatrında “Formula-1” yarışlarının Azərbaycandakı promouteri Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin dəstəyi ilə “Formula-1” idman dramının premyeradan öncə nümayişi keçirilib.

presstvaz xəbər verir ki, filmin rejissoru “Top Qan: Meverik” və “Cəsurlar işi” kimi işləri ilə tanınan Cozef Kosinskidir. Baş rolları Hollivud ulduzları Bred Pitt, Demson İdris və Xavyer Bardem canlandırıblar. Filmdə, həmçinin hazırda yarışan “Formula-1” pilotları da iştirak ediblər. Layihənin prodüserlərindən biri yeddiqat dünya çempionu Lyuis Hemiltondur.

Çəkilişlər 2023-cü ildə başlayıb və real traslarda aparılıb. Bu film üçün xüsusi avtomobillər hazırlanıb. Onlara kamera, qeydiyyat qurğuları, akkumulyatorlar və ötürücülər də daxil olmaqla on beş dayaqlı sistem quraşdırılıb. Uydurma APXGP komandası öz pit-stop zonası, komanda körpüsü ilə təmin olunub, film üçün hazırlanmış yarış avtomobilləri isə yarışlardan əvvəl start düzülüşünün sonunda yerləşdiriliblər. Üç ay ərzində yürüşlərə hazırlaşan aktyorlar bolidlərin içində əyləşiblər.

Filmin süjeti APXGP komandası ətrafında qurulub. Ağır qəzadan sonra avtoidmandan uzaqlaşmış əfsanəvi pilot Sonni Heys (Bred Pittin ifasında) traslara qayıdır ki, komandanın ikinci pilotu və gənc, istedadlı pilot Coşua Pirsin (Demson İdrisin ifasında) mentoruna çevrilsin.

Qapalı nümayişdə tanınmış simalar, ictimai xadimlər, jurnalistlər, bloqerlər, sahibkarlar və iri təşkilatların rəhbərləri, həmçinin Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin qonaqları iştirak ediblər.

Gecə “Formula-1” filminin birgə izlənməsi ilə yekunlaşıb.

Tamaşaçılar ilin ən çox gözlənilən filmini “CineMastercard” kinoteatrlar şəbəkəsində 3 dildə: rus, ingilis və türk dillərində izləyə biləcəklər. Həmçinin “CineMastercard” kinoteatrı “Formula-1” filmini ən son texnologiyalar olan 4DX və “ScreenX” formatlarında izləmə imkanını təqdim edir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv