Ankarada Azərbaycan və Türkiyə Baş Qərargah rəisləri arasında görüş keçirilib

Ankarada Azərbaycan və Türkiyə Baş Qərargah rəisləri arasında görüş keçirilib






presstv

"Presstv"az #Anadolu, #Azərbaycan, #Azərbaycan Ordusu, #DNT, #İstanbul, #Konya, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ankarada Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisləri arasında görüş baş tutub.

presstvaz-ın məlumatına görə, bu barədə Türkiyə Silahlı Qüvvələrinin “X” sosial şəbəkə hesabında paylaşım edilib.

Bildirilib ki, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Metin Gürak, rəsmi dəvətlisi olaraq Ankarada səfərdə olan Azərbaycan Ordusunun Baş Qərargah rəisi – müdafiə nazirinin birinci müavini general-polkovnik Kərim Vəliyevi hərbi təntənə ilə qarşılayıb.

Rəsmi qarşılanma mərasimindən sonra hər iki ölkənin hərbi rəhbərləri Türkiyə Baş Qərargahında görüş keçiriblər.

Xatırladaq ki, iyunun 26-da general-polkovnik Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Metin Gürakın dəvəti ilə İstanbul şəhərinə yola düşüb. Səfər proqramına əsasən, Azərbaycan nümayəndə heyətinin əvvəlcə İstanbul şəhərində “Sülhün Müdafiəçisi – 2025” beynəlxalq təlimini izləməsi, sonra isə Konya şəhərində “Anadolu Qartalı – 2025” beynəlxalq təliminin Yüksək Səviyyəli Müşahidəçi Günündə iştirakı planlaşdırılıb. Səfər çərçivəsində general-polkovnik K.Vəliyevin Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Güler ilə görüşü də nəzərdə tutulub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv