Ərdoğan: “Tramp Putinin də gələcəyi təqdirdə Türkiyəyə səfər etməyə hazırdır”

Ərdoğan: “Tramp Putinin də gələcəyi təqdirdə Türkiyəyə səfər etməyə hazırdır”






presstv

"Presstv"az #ABŞ, #Donald Tramp, #İstanbul, #Münaqişə, #Rəcəb Tayyib Ərdoğan, #Rusiya, #Türkiyə, #Ukrayna, #Vladimir Putin

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna münaqişəsinin həllində mümkün diplomatik irəliləyişlə bağlı mühüm açıqlama verib.

presstvaz Türkiyə KİV-ə istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu barədə NATO sammitinin keçirildiyi Haaqadan qayıdarkən danışıb.

Türkiyə lideri qeyd edib ki, ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinin Ukrayna üzrə sülh danışıqlarında iştirak edəcəyi təqdirdə Türkiyəyə gəlməyə hazırdır.

“Bizim əsas məqsədimiz ölkəmizdə liderlər səviyyəsində görüş keçirmək və çoxdan gözlənilən sülhə nail olmaqdır. Mən Haaqadakı görüşümüz zamanı bu barədə ABŞ Prezidenti Trampı da məlumatlandırdım. O bildirib ki, Rusiya Prezidenti Vladimir Putin nizamlanma üçün İstanbula və ya Ankaraya gəlsə, o da İstanbula və ya Ankaraya gələcək” – deyə R.T.Ərdoğan qeyd edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv