Ermənistanda Baqrat Qalstanyandan sonra da həbslər davam edir

Ermənistanda Baqrat Qalstanyandan sonra da həbslər davam edir






presstv

"Presstv"az #Ermənistan, #Hakim, #İrəvan

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ermənistanda “Daşnaksütyun” Partiyasının üzvü İqor Sarkisyan və fəal Aqvan Arşakyan iki ay müddətinə həbs ediliblər.

Bu barədə presstvaz Oxu.az-a  istinadən xəbər verir.

Məlumata görə, İrəvan məhkəməsi həmçinin “Müqəddəs mübarizə” hərəkatının tərəfdarı Lidiya Mantaşyanı da iki ay müddətinə həbs edib.

Eyni zamanda, məhkəmə arxiyepiskop Baqrat Qalstanyanın köməkçisi Movses Şarbatyan barəsində də iki ay müddətinə həbs qərarı verib.

Həmçinin diakon Qrayr Akopyan və biznesmen Tiqran Qalstyan da məhkəmənin qərarı ilə iki ay müddətinə həbs ediliblər.

08:47

Erməni Apostol Kilsəsinin arxiyepiskopu Baqrat Qalstanyan hakimiyyəti ələ keçirməyə cəhd işi üzrə iki ay müddətinə həbs edilib.

presstvaz-ın məlumatına görə, bu barədə “RİA Novosti” onun vəkili Ovannes Xudoyana istinadən xəbər verir.

Vəkilin sözlərinə görə, qərardan apellyasiya şikayəti veriləcək.

Ermənistan İstintaq Komitəsi Qalstanyan və daha on nəfərdən çox şəxsi hakimiyyəti zorakı yolla ələ keçirməyə və terror aktlarına hazırlıqda iştirakda ittiham edir. İş üzrə bir neçə şəxs, o cümlədən David Qalstanyan və arxiyepiskopun köməkçisi Movses Şarbatyan artıq saxlanılıblar.

Həbs edilənlər, hakimiyyətin iddiasına görə, qarşısı alınmış çevriliş cəhdinin arxasında duran “Müqəddəs mübarizə” hərəkatı ilə əlaqəlidirlər.

Dünən Ermənistan İstintaq Komitəsi arxiyepiskop Qalstanyan və onun silahdaşlarını respublikada hakimiyyəti ələ keçirmək məqsədilə terror aktları hazırlamaqda ittiham edib. Hüquq-mühafizə orqanları hərəkat tərəfdarlarının mənzillərində və Qalstanyanın evində axtarışlar aparıb.

Arxiyepiskopa qarşı ittihamı şərh edən Paşinyan bildirib ki, hüquq-mühafizə orqanları respublikada vəziyyəti destabilləşdirmək və hakimiyyəti ələ keçirmək üçün “kriminal oliqarxik ruhanilərin” “genişmiqyaslı və qorxunc planının” qarşısını alıblar.\oxu.az/


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv