Dördüncü ixtisar dalğası: “Microsoft”un oyun bölməsində nə baş verir?

Dördüncü ixtisar dalğası: “Microsoft”un oyun bölməsində nə baş verir?






presstv

"Presstv"az #Dollar, #Microsoft

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Microsoft” “Xbox” bölməsində növbəti ixtisar dalğasına hazırlaşır.

presstvaz xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrə istinadla məlumat yayıb.

Bildirildiyinə görə, yenidənqurma planı “Xbox” oyun bölməsində əhəmiyyətli sayda əməkdaşa təsir edəcək.

Prosesin 30 iyun-6 iyul tarixləri arasında başlanacağı gözlənilir.

“Microsoft” bu xəbərlə bağlı hələlik rəsmi açıqlama verməyib.

Qeyd edək ki, bu, son 18 ay ərzində “Microsoft”un oyun sahəsində həyata keçirdiyi dördüncü böyük ixtisar dalğası olacaq. Şirkət bundan əvvəl üç dəfə ixtisar həyata keçirib və bu çərçivədə “Arkane Austin”, “Tango Gameworks” kimi daxili studiyalar bağlanıb.

Bütün bunlar 69 milyard dollar dəyərində “Activision Blizzard”ın alınmasının tamamlanmasından sonra “Microsoft” rəhbərliyinin oyun bölməsində səmərəlilik və rentabellik tələblərini artırması ilə əlaqələndirilir.

Mənbələr bildirirlər ki, yeni ixtisarlar çərçivəsində daha bir neçə daxili oyun studiyasının bağlanması ehtimalı da var, lakin bu barədə hələlik yekun qərar verilməyib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv