Dəvətsiz qonşular: Yenotlar almanların həyatını kabusa çevirib, ekoloji fəlakət gözlənilir

Dəvətsiz qonşular: Yenotlar almanların həyatını kabusa çevirib, ekoloji fəlakət gözlənilir






presstv

"Presstv"az #Ailə, #Almaniya, #Avropa, #Avstraliya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Almaniyada sərbəst şəkildə yayılan və sürətlə çoxalan təcavüzkar yenotlar səbəbindən ölkə ciddi ekoloji fəlakət təhlükəsi ilə üz-üzə qalıb.

presstvaz bu barədə “The Guardian” nəşrinə istinadən xəbər verir.

Məlumata görə, bəzi şəhərlər, xüsusilə Kassel bu heyvanların yayılmasına uyğunlaşmağa məcbur olub.

Yerli sakinlər qapı və pəncərələrə qoruyucu barmaqlıqlar quraşdırmaq, zibil konteynerlərini qıfılla bağlamaq və ərzaqları qorumaq üçün əlavə tədbirlər görmək məcburiyyətində qalırlar.

“Hər kəsin yenotlarla bağlı öz hekayəsi var. Bəziləri damlarında məskən salmış bütöv yenot ailəsi ilə mübarizə aparır. Digərləri isə parkda piknik edərkən yeməklərinin bu heyvanların hücumuna məruz qalmasından şikayətlənirlər”, – deyə məqalədə vurğulanır.

Qeyd edilir ki, yenotlar hələ 2016-cı ildə invaziv növ kimi təsnif edilib. Onlar quşları, suda-quruda yaşayanları və yarasaları ovladıqları üçün yerli bioloji müxtəlifliyə ciddi təhlükə yaradırlar. Daha narahatedici hal isə onların təbii düşmənlərinin olmamasıdır ki, bu da populyasiyalarının sürətlə artmasına şərait yaradır.

Ekoloqlar problemin hələ dəqiq həll yolunu tapmayıblar. Lakin bəzi mütəxəssislər Avstraliya modelinə uyğun olaraq, Avropa üzrə bu növün yayılmasına ciddi məhdudiyyətlərin tətbiq edilməsini təklif edirlər.

Bildirilir ki, 2024-cü ildə 200 mindən çox yenot məhv edilib. Lakin bu tədbirlər vəziyyəti dəyişdirməyib. Bəzi yerli sakinlər isə bu heyvanları ovlayaraq onların ətindən qida kimi istifadə edirlər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv