Fransa səfiri Qarabağa dəvətsiz gedibmiş

Fransa səfiri Qarabağa dəvətsiz gedibmiş






presstv

"Presstv"az #Azərbaycan, #Fransa, #Müharibə, #Paris, #Şuşa, #təyyarə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bir neçə gün əvvəl Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələri (səfirlər və müşavirlər) işğaldan azad edilən şəhər və rayonlara səfər ediblər.

presstvaz “Qafqazinfo”ya istinadən xəbər verir ki, əvvəllər dəfələrlə dəvət olunmasına baxmayaraq, Fransa səfiri səfərlərdə iştirak etmir və Şuşaya getmirdi.

Məlumata görə, onun budəfəki səfərdə dəvətsiz iştirak etməsi diqqət çəkib. Fransanın Azərbaycandakı səfiri Ann Buayon Qarabağa diplomatik korpusun səfərinə çağırılmayıbmış. Eyni zamanda Azərbaycan səfiri də 8 mayda Parisdə İkinci Dünya müharibəsi paradı keçirilən zaman Makron administrasiyası tərəfindən həmin mərasimlərə dəvət olunmamışdı. Lakin Fransa səfiri Ann Buayon çağırılmasa da, budəfəki səfərə öz təşəbbüsü ilə qoşulub.

Xanım səfirin Şuşada verdiyi açıqlamalar da maraqla qarşılanıb. Onun “Şuşa Azərbaycan mədəniyyətini başa düşmək, anlamağa imkan verən bir şəhərdir” sözləri Qarabağın tarixi Azərbaycan torpaqları olmasının bir növ növbəti təsdiqidir. Axı mədəniyyət yalnız tarixi bağlılıq olan yerdə formalaşa bilər. Bu baxımdan Ann Buayonun Qarabağdan verdiyi mesajlar, tikinti-bərpa işlərinə heyran qalmasını bildirməsi çox əhəmiyyətlidir.

Qeyd edək ki, diplomatların Qarabağa səfəri təyyarə ilə Laçın hava limanından başlayıb ki, bu da böyük məna ifadə edir. Fransa səfirinin də yer aldığı diplomatik korpus üzvləri Laçın və Şuşadan sonra Xankəndidən keçməklə Ağdamda olublar.

Bütün bunlar Azərbaycanın uzun müddət apardığı haqlı mübarizəsinin yaratdığı reallıqdır və bu reallığı artıq Fransa da qəbul etməkdədir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv