Ərdoğan və Tramp arasında görüş: Regional məsələlər müzakirə olundu

Ərdoğan və Tramp arasında görüş: Regional məsələlər müzakirə olundu






presstv

"Presstv"az #ABŞ, #Dollar, #Donald Tramp, #İran, #İsrail, #Müharibə, #Qəzza, #Rəcəb Tayyib Ərdoğan, #Rusiya, #Rusiya-Ukrayna müharibəsi, #Türkiyə, #Ukrayna

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Türkiyə və ABŞ Prezidentləri Rəcəb Tayyib Ərdoğan və Donald Tramp NATO-nin Haaqada keçirilən sammiti çərçivəsində görüşüblər.

presstvaz xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Aparatının Kommunikasiyalar İdarəsi “X” sosial şəbəkəsində məlumat yayıb.

Bildirilir ki, görüşdə liderlər ikitərəfli əlaqələri, regional və beynəlxalq məsələləri müzakirə ediblər.

Türkiyə prezidenti bildirib ki, müdafiə sənayesində əməkdaşlığın inkişaf etdirilməsi iki ölkə arasında ticarət dövriyyəsini 100 milyard dollar hədəfinə çatdırmağı asanlaşdıracaq.

O, Trampın səyləri ilə İsrail və İran arasında əldə olunmuş atəşkəs rejimini məmnuniyyətlə qarşılayıb və bunun daimi olacağına ümidvar olduğunu bildirib, Qəzzada baş verən humanitar faciənin tezliklə başa çatmasında və Rusiya-Ukrayna müharibəsinin sülh yolu ilə həllində sıx dialoqun vacibliyini vurğulayıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv