Sarıkökün ürək çatışmazlığına faydası var?

Sarıkökün ürək çatışmazlığına faydası var?






presstv

"Presstv"az #Araşdırma, #Demensiya, #Gəmi, #Stres

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Nebraska Universitetindən amerikalı alimlərin apardığı araşdırma sarıkökün ürək sağlamlığı üçün faydalı ola biləcəyini sübut edib.

presstvaz medicina.az-a istinadən xəbər verir ki, məşhur ədviyyatın əsas komponenti olan kurkumin əzələlərdə oksidləşdirici stresslə mübarizə edən Nrf2 geninin fəaliyyətini stimullaşdırır. Bu maddənin ürək çatışmazlığına təsiri siçanlar üzərində eksperimentlərdə yoxlanılıb.

Siçanların dərilərinə kiçik dozalarda kurkumin vuran xüsusi nasos yerləşdirilib.

Ürək çatışmazlığı olan heyvanlarda sarıkökün təsirindən beş ay sonra ürək əzələsinin işində nəzərəçarpacaq yaxşılaşma qeydə alınıb. Gəmiricilər daha uzun məsafələrə qaçmağa başlayıb və onların qaçış sürəti artıb.

Əhəmiyyətli odur ki, ürək çatışmazlığından əziyyət çəkməyən və sarıkök verilən nəzarət qrupundakı heyvanlar ürək dözümlülüyündə oxşar irəliləyişlər göstəriblər, onların da qaçış məsafəsi artıb.

Xatırladaq ki, əvvəlki tədqiqatlar da göstərir ki, kurkumin orqanizmə iltihabla mübarizə aparmağa kömək edir, həmçinin korluq və demensiyadan qoruyur.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv