Leyla və Arzu Əliyevalar Xızı rayonuna səfər ediblər

Leyla və Arzu Əliyevalar Xızı rayonuna səfər ediblər






presstv

"Presstv"az #Arzu Əliyeva, #Bakı, #Futbol, #Heydər Əliyev, #Heydər Əliyev Fondu, #IDEA İctimai Birliyi, #İdman, #Leyla Əliyeva, #Media Mərkəzi, #Şahmat, #Təhsil

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İyunun 23-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Xızı rayonuna səfər ediblər.

presstvaz-ın məlumatına görə, səfər çərçivəsində Leyla Əliyevanın təşəbbüsü ilə əsaslı şəkildə yenidən qurulan Xızı rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin açılışı olub. Yenilənmiş məktəb binası lazımi tədris avadanlıqları ilə təchiz olunub, uşaqların intellektual inkişafına yönəlmiş təlim şəraiti yaradılıb.

Leyla Əliyeva məktəbdə yaradılmış şəraitlə tanış olub, şagirdlərlə səmimi söhbət apararaq onların təhsil sahəsindəki nailiyyətləri ilə yaxından maraqlanıb. Leyla Əliyevaya məktəbin fəaliyyəti və burada təşkil edilən şahmat dərsləri barədə ətraflı məlumat verilib. Tədbir zamanı məktəblilərə müxtəlif hədiyyələr təqdim olunub.

Bundan əlavə, Xızı rayonunun Giləzi qəsəbəsində 100-ə yaxın uşağa idman geyim dəstləri və futbol topları təqdim olunub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv