Nazir: “Bölgələrdə lisey və gimnaziyaların sayının artırılması planlaşdırılır”

Nazir: “Bölgələrdə lisey və gimnaziyaların sayının artırılması planlaşdırılır”






presstv

"Presstv"az #Azərbaycan, #Emin Əmrullayev, #Qəbul imtahanları, #Təhsil

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Bölgələrdə lisey və gimnaziyaların sayının artırılması planlaşdırılır”.

presstvaz xəbər verir ki, bunu Respublika Fənn Olimpiadalarının qaliblərinin mükafatlandırılması mərasimində elm və təhsil naziri Emin Əmrullayev deyib.

O bildirib ki, bu il bölgələrdə yeni liseylər yaradılacaq:

“Azərbaycanda təxminən 30-dan çox lisey və gimnaziya fəaliyyət göstərir.

Bizim elə bölgələrimiz var ki, tarix boyu orada lisey olmayıb. Biz çalışırıq xüsusilə həmin regionlarda lisey və gimnaziyalar olsun”.

Nazirin sözlərinə görə, fizika, riyaziyyat, informatika, həmçinin kimya və biologiya təmayüllü lisey modelləri özünü kifayət qədər doğruldub:

“Sumqayıt və Mingəçevirdə spesifik məktəblər var ki, onlar istedadlı uşaqlarla işləməkdə ixtisaslaşıblar. Bu məktəblərdə məzmunu bir az da dərinləşdirməliyik. Çünki istedadlı uşaqları ali təhsil müəssisələrinə qəbul imtahanları çərçivəsində məhdudlaşdırmamalıyıq. Onların hər birinin potensialı daha çox elmi yük götürməyə qadirdir”.

O, həmçinin vurğulayıb ki, ənənəvi olaraq özünü doğruldan məktəblərdən biri Sumqayıt şəhərində olan Təbiət Elmləri Təmayüllü Gimnaziyadır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv