NATO sammiti ərəfəsində hakerlər Niderland hökumətinin saytlarına hücum ediblər

NATO sammiti ərəfəsində hakerlər Niderland hökumətinin saytlarına hücum ediblər






presstv

"Presstv"az #Bələdiyyə, #DDoS hücumu, #Hakerlər, #Niderland, #Rusiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Rusiyayönlü hakerlər NATO sammiti ərəfəsində Niderland hökumətinin internet saytlarını sındırıblar.

presstvaz xəbər verir ki, bu barədə “De Telegraaf” məlumat verib.

Hakerlərin hərəkətləri Cənubi Niderland və Overeyssel əyalətlərinin şura və ştatlarının, həmçinin Haaqa, Den Boş və Delft kimi bələdiyyələrin sənədləri olan veb-səhifələrə girişi çətinləşdirib. Hücuma görə məsuliyyəti “Telegram” kanalı vasitəsilə fəaliyyət göstərən rusiyayönlü “NoName05716” haker qrupu üzərinə götürüb.

Bələdiyyələrə xidmət göstərən “NotuBiz” şirkəti öz sistemlərinə yönəldilmiş böyük həcmdə şəbəkə trafikinin olduğunu bildirib. Şirkətin nümayəndəsi qeyd edib ki, şirkətin brandmaueri (qoruyucu sistem) işini düzgün yerinə yetirir, lakin bununla belə, səhifələrin yüklənmə müddəti uzanır. “NotuBiz” kəsilmənin DDoS hücumu nəticəsində baş verdiyini rəsmən təsdiqləməyib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv