Amerikanın biznes nümayəndə heyəti Azərbaycana səfər edəcək

Amerikanın biznes nümayəndə heyəti Azərbaycana səfər edəcək






presstv

"Presstv"az #ABŞ, #Aktau, #Avropa, #Azərbaycan, #Bakı, #Cənubi Qafqaz, #COVID-19, #COVID-19 pandemiyası, #Gürcüstan, #Nəqliyyat, #Orta Dəhliz, #pandemiya, #Qazax, #Qazaxıstan, #Xəzər dənizi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ-Azərbaycan ticarət-sənaye palatası (USACC) , Amerika-Gürcüstan Biznes Şurası və Amerikanın Qazaxıstandakı ticarət palatası ABŞ Kommersiya Xidmətinin dəstəyi ilə Amerika biznes nümayəndə heyətinin qarşıda Orta Dəhliz ölkələrinə səfər edəcəyini elan ediblər.

Bu barədə Trend USACC-a istinadən xəbər verir.

"Orta Dəhliz regionunda ticarət, enerji, infrastruktur və logistikanın araşdırılması" adlı missiya 2025-ci il sentyabrın 4-dən 11-dək keçiriləcək və Qazaxıstan, Azərbaycan və Gürcüstanı əhatə edəcək.

"Bu strateji təşəbbüs Avrasiya qitəsində Şərq ilə Qərbi Mərkəzi Asiya və Qafqaz üzərindən Avropa ilə birləşdirən mühüm ticarət marşrutu olan Orta Dəhliz boyunca kommersiya əməkdaşlığının möhkəmləndirilməsinə yönəlib", – USACC-də qeyd ediblər.

Missiyada enerji, kritik infrastruktur, rəqəmsal ticarət, yeni texnologiyalar, nəqliyyat və logistika kimi sahələri təmsil edən Amerika şirkətləri iştirak edəcək.

Səfər proqramına dövlət tənzimləyici orqanları ilə yüksək səviyyəli görüşlər, əsas logistika obyektlərinə və limanlara, azad ticarət zonalarına səfərlər, eləcə də yerli şirkətlərin və tərəfdaşların iştirakı ilə biznes dairəvi masaları daxildir.

Nümayəndə heyəti sentyabrın 4-5-də Aktauya (Qazaxıstan), sentyabrın 8-9-da Bakıya (Azərbaycan), sentyabrın 10-11-də isə Gürcüstana səfər edəcək.

"Orta Dəhliz Mərkəzi Asiyanı Xəzər dənizi vasitəsilə Cənubi Qafqazla, daha sonra isə Şərqi Avropa və Aralıq dənizi regionu ilə birləşdirən inkişafda olan ticarət və tranzit marşrutudur. Onun strateji coğrafi mövqeyi, inkişaf etmiş logistika infrastrukturu, müasir limanları, yük terminalları və azad ticarət zonaları Avropa ilə Asiya arasında mal və xidmətlərin daşınması üçün mühüm imkanlar yaradır", – bəyanatda qeyd olunur.

USACC-də vurğulanıb ki, COVID-19 pandemiyası və Şərqi Avropada davam edən geosiyasi dəyişikliklər qlobal tədarük zəncirlərinin gözlənilməz pozuntular qarşısında nə qədər həssas olduğunu göstərdi.

"Bu fonda Orta Dəhliz uyğunlaşdırılmış xidmətlərə malik təhlükəsiz, proqnozlaşdırıla bilən və inteqrasiya olunmuş nəqliyyat marşrutları şəbəkəsi kimi fərqlənir. Son illərdə getdikcə daha çox Qərb şirkətləri tədarük zəncirlərini şaxələndirmək və gücləndirmək məqsədilə dəhliz ölkələrində öz mövcudluğunu genişləndirir", – USACC-də qeyd olunub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv