Günəşdən 300 000 dəfə isti: Alimlər inanılmaz bir rekorda imza atıb

Günəşdən 300 000 dəfə isti: Alimlər inanılmaz bir rekorda imza atıb






presstv

"Presstv"az #Avropa, #Günəş, #Qlobal istiləşmə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Alimlərin cəsarətli təcrübəsi bir çox insanın fizikanın qanunlarının pozulduğuna inanmasına səbəb olub. Bu təcrübə zamanı qeydə alınan istilik Günəşin temperaturunu dəfələrlə üstələyib. 

presstvaz xəbər verir ki, nəlumatı "IFLScience" yayıb.

Nəşr xatırladır ki, 2012-ci ildə Avropa Nüvə Tədqiqatları Təşkilatı (CERN) Böyük Adron Kollayderində (BAK) həyata keçirdiyi təcrübə zamanı 5 trilyon dərəcədən çox temperatur qeydə alınıb. Bu göstərici Günəşin təqribən 15 milyon dərəcə olan daxili temperaturunu 300 000 dəfə üstələyir. Alimlər bildiriblər ki, bu istilik səviyyəsi Böyük Partlayışdan bir neçə mikrosonra kainatda mövcud olmuş şərtlərə bənzəyir.

Məlumata görə, bu yüksək temperatura BAK-da ALICE (Large Ion Collider Experiment) təcrübəsi zamanı nail olunub. BAK – İsveçrənin altından keçən 27 kilometrlik dairəvi tunel sistemidir. Bu sistemdə hissəciklər son dərəcə güclü, dərin soyuqla işləyən superkeçirici elektromaqnitlər vasitəsilə işıq sürətinə yaxın sürətlərə çatdırılır. Sözügedən təcrübədə bir-biri ilə toqquşan qurğuşun ionlarından istifadə olunub.

"Böyük Adron Kollayderi – uzunluğu 25 kilometrdən çox olan halqa şəklində bir tuneldir. Hissəciklər burada saniyədə 11 000 dəfədən çox dövrə vurur və işıq sürətinin 99,9999991 faizinə çatırlar. Onlar toqquşduqda isə olduqca yüksək enerji əmələ gəlir", deyə ALICE əməkdaşlığının mətbuat katibinin müavini Kay Şveda bildirib.

Bundan əvvəl BMT-nin 60-dan çox alimindən ibarət beynəlxalq qrup hesabat yayımlayaraq xəbərdarlıq etmişdi ki, dünya təhlükəli qlobal istiləşmədən yayınmaq üçün cəmi bir neçə il vaxta malikdir. Alimlər qeyd ediblər ki, qlobal temperaturun artması iqlim fəlakətlərinin kəskin şəkildə çoxalmasına səbəb ola bilər.

2025-ci ildən etibarən atmosferə buraxıla biləcək karbon qazının (CO₂) qalıq limiti cəmi 130 milyard ton təşkil edir. Hazırkı çirklənmə səviyyəsi davam edərsə, bu limit 2028-ci ilə qədər tükənmiş olacaq./qaynarinfo.az


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv