Ceyhun Bayramov suriyalı həmkarı ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

Ceyhun Bayramov suriyalı həmkarı ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib






presstv

"Presstv"az #Azərbaycan, #Azərbaycan Xarici İşlər Nazirliyi, #Ceyhun Bayramov, #DNT, #Hadisə, #Humanitar yardım, #İran, #İsrail, #İstanbul, #Münaqişə, #Suriya, #Yaxın Şərq

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Suriyalı həmkarı Əsəd əl-Şeybani ilə görüşüb.

presstvaz xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” hesabındakı paylaşımında deyilir.

Tərəflər İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının İstanbul şəhərində keçirilən 51-ci sessiyası çərçivəsində bir araya gəliblər.

Müzakirələr zamanı nazirlər həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.

Humanitar yardım təşəbbüslərinin gücləndirilməsinə və münaqişədən sonra bərpa səylərində əməkdaşlıq imkanlarının araşdırılmasına xüsusi diqqət yetirilib.

Suriyaya qarşı tətbiq edilən birtərəfli sanksiyaların aradan qaldırılmasının ölkənin yenidən qurulması və uzunmüddətli inkişafının asanlaşdırılmasında mühüm rol oynayacağı vurğulanıb.

Nazirlər, həmçinin Yaxın Şərqdə baş verən hadisələrə, İsrail və İran arasında son eskalasiyaya diqqət yetirməklə, regional və beynəlxalq təhlükəsizlik məsələlərinə toxunublar.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv