Vətəndaşların NƏZƏRİNƏ: Bakıda üç marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

Vətəndaşların NƏZƏRİNƏ: Bakıda üç marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir






presstv

"Presstv"az #Azərbaycan, #Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA), #Bakı, #Nəqliyyat, #Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, #Təmir işləri

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bakıda 126, 206 və 554 nömrəli müntəzəm marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilir.

presstvaz xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Məlumata əsasən, iyunun 24-ü 09:00-dan iyunun 26-sı 18:00-a qədər aidiyyəti qurum tərəfindən Abşeron-Puta mənzili üzrə cüt yolun 32-ci km PK 3-də (Dadaş Bünyadzadə küçəsi) yerləşən qorunan dəmiryolu keçidində əsaslı təmir işlərinin aparılması ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.

Məhdudiyyət səbəbindən 126, 206 və 554 nömrəli müntəzəm marşrutların hərəkəti müvəqqəti olaraq Abşeron-Puta mənzili 30-cu km PK 5-də yerləşən yolötürücüdən (28 May küçəsi) keçməklə təşkil ediləcək.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv