Dünyada bir ilk: İİV-ə qarşı 100% effektivlik göstərən peyvənd təqdim olundu

Dünyada bir ilk: İİV-ə qarşı 100% effektivlik göstərən peyvənd təqdim olundu






presstv

"Presstv"az #ABŞ, #Dollar, #Hadisə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ-də insanın immunçatışmazlığı virusuna (İİV) yoluxmasının qarşısını almaq üçün dünyada ilk dəfə 100% qoruma təmin edən peyvənd – “Yeztugo” adlı inyeksiya təsdiqlənib. “Gilead Sciences” şirkətinin hazırladığı bu preparat ildə cəmi iki dəfə tətbiq olunur və klinik sınaqlarda 99,9-100% effektivlik göstərib.

presstvaz xəbər verir ki, bu barədə “ScienceAlert” nəşri məlumat yayıb.

İki genişmiqyaslı klinik sınaqdan biri Afrikada 2 000 qadın üzərində aparılıb və bu müddətdə yoluxma halı qeydə alınmayıb.

Digər sınaqda isə cəmi iki yoluxma hadisəsi baş verib ki, bu da mövcud gündəlik PrEP (öncədən qoruyucu preparatlar) vasitələrindən xeyli daha effektiv nəticə deməkdir.

Peyvəndin bəzi yüngül yan təsirləri (inyeksiya yerində ağrı, baş ağrısı, ürəkbulanma) müşahidə olunub.

Hazırda əsas narahatlıq preparatın qiyməti ilə bağlıdır – ABŞ-də illik dəyəri 25-39 min dollar arasında dəyişə bilər.

“Gilead” artıq 120 azgəlirli ölkədə ucuz jenrik versiyaların istehsalı üçün razılaşmalar imzalayıb. Alimlərin hesablamalarına görə, bu peyvəndin kütləvi istehsalında maya dəyəri cəmi 25 dollar ola bilər.

Qeyd olunur ki, “Yeztugo” yalnız İİV yoluxmasının qarşısını alır, lakin cinsi yolla keçən digər infeksiyalara qarşı qoruyucu təsir göstərmir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv