Arıqlamaq heç də həmişə sevindirmir…

Arıqlamaq heç də həmişə sevindirmir…






presstv

"Presstv"az #Arıqlama, #arıqlamaq, #Həkim

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Arıq, incə olmaq hər kəsin arzusudur. Ancaq kəskin arıqlama orqanizmin fəaliyyətində psixi pozulmalardan tutmuş sistemli xəstəliklərə qədər müxtəlif fəsadlara səbəb ola bilər.

Həkim Pərvanə Mustafayeva Hit.az-a deyib ki, əsaslı səbəb olmadan sürətlə arıqlama onkoloji xəstəliklərin də əlamətlərindən biri ola bilər. 

"Xərçəng" diaqnozu qoyulan insanların 40 faizində xəstəlik ərəfəsində çəkinin izahedilməz itirilməsi baş verib: 

"Onkoloji xəstəliklər zamanı çəkinin kəskin azalması bir çox hallarda insanda iştahanın yox olması ilə əlaqədardır. Bu, xərçəngin digər simptomları – ürəkbulanması və qusma, qəbizlik, ağrılar, qidanın dadının itirilməsi, çeynəmə və udma zamanı çətinliklərlə də bağlı ola bilər.Çəki itirilməsinin daha bir ciddi səbəbi QİÇS-ə yoluxmaqdır. Bu xəstələr qida maddələrinin orqanizmdə lazımi dərəcədə mənimsənilmədiyi ucbatından çəki itirirlər.Bağırsaq iltihabı xəstəlikləri zamanı müntəzəm baş verən ishal halları yeməkdən iyrənməyə səbəb olur.  Ümumiyyətlə, arıqlamaq üçün heç bir iş görməyən anidən sürətlə çəki itirməsinə sıradan baxılmamalıdır. Mütləq həkimə müraciət etmək lazımdır".


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv