Bu fənn üzrə ya tədrisin səviyyəsi aşağıdır, ya da imtahan sualları çətindir – Təhsil eksperti

Bu fənn üzrə ya tədrisin səviyyəsi aşağıdır, ya da imtahan sualları çətindir – Təhsil eksperti






presstv

"Presstv"az #Məleykə Abbaszadə, #Təhsil

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Hər hansı bir fənn üzrə imtahan nəticələrinin aşağı olmasının iki səbəbi ola bilər. Ya ümumilikdə tədrisin səviyyəsi aşağıdır, ya da həmin fənn üzrə imtahan suallarının çətinliyidir”.

Bu fikirləri Redaktor.az-a açıqlamasında təhsil eksperti İlqar Orucov Dövlət İmtahan Mərkəzinin (DİM) rəhbəri Məleykə Abbaszadənin “Riyaziyyat fənni üzrə nəticələr aşağıdır” fikrinə münasibət bildirərkən dedi.

“Mən doğrudan da hansı səbəblərdən riyaziyyat fənninin bu iki səbəbdən hansının təsir göstərərək nəticələrin aşağı olduğunu deyə bilmərəm. Yəni, ümumilikdə riyazi biliklər həm də məntiqi düşüncə təfəkkürünün formalaşması deməkdir. O baxımdan mən imtahan verən gənclərimizin riyaziyyat fənnini müəyyən səviyyədə bilməsinin tərəfdarıyam.

Fikirləşirəm ki, insanlarımız nə qədər riyazi biliklərə malik olsalar, bu, onların hansı sahədə çalışmasından asılı olmayaraq onlar üçün faydalıdır. Təsadüfi deyildir ki, həmişə riyaziyyat elmlərin şahı hesab olunub. Yəni, riyaziyyatı bilən adamın məntiqi və analitik təfəkkürü güclüdür. Onun eyni zamanda çevik qərarlar qəbul etmək imkanları kifayət qədər geniş olur”, – deyə o əlavə etdi.

Ekspert hesab edir ki, riyaziyyat fənni üzrə tədris gücləndirilməlidir.

“Təbii ki, elə ixtisaslar var ki, onlar birbaşa riyaziyyat fənni ilə bağlı olurlar. O fənn üzrə əsas ixtisas fənni riyaziyyat olan ixtisaslarda oxumaq istəyən tələbələrin xüsusilə daha dərinləşmiş biliklərə malik olmasını faydalı hesab edirəm. Ona qoyulan tələblərin də eyni zamanda sərt olmasını düzgün hesab edirəm.

Fikirləşirəm ki, əsas fənni riyaziyyat olan ixtisaslarda daha dərinləşmiş biliklərə ehtiyac var. Amma digər ixtisaslar üzrə də qeyd etdiyim kimi, dediyim məqamlar nəzərə alınaraq hesab edirəm ki, nə qədər biliyə malik olsalar və nə qədər ətraflı biliklərə sahib olsalar, bu, onların gələcəyi üçün faydalıdır.

Amma imtahan nəticələrində vəziyyət niyə aşağıdır? Yəni qeyd etmək istəyirəm ki, bunun araşdırılmağa ehtiyacı var. O datalar mənim əlimdə olmadığı üçün dəqiq səbəbi izah edə bilmərəm”, – deyə İlqar Orucov qeyd etdi.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv