“ChatGPT” insan beyninə necə təsir edir? – İlk araşdırmanın nəticələri narahatlıq doğurur

“ChatGPT” insan beyninə necə təsir edir? – İlk araşdırmanın nəticələri narahatlıq doğurur






presstv

"Presstv"az #Beyin funksiyaları, #ChatGPT, #elmi tədqiqat, #Süni intellekt, #Təhsil

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Massaçusets Texnologiya İnstitutunun alimləri “ChatGPT”dən istifadə sonrası insan beyninin fəaliyyətini araşdırıblar. Bu sahədə aparılan ilk elmi tədqiqatdır və nəticələr “dəhşətli” adlandırılıb.

presstvaz xəbər verir ki, bu barədə “LADBible” məlumat yayıb.

Bildirilir ki, təcrübə üçün 54 tələbə üç qrupa bölünüb: “ChatGPT” və digər dil modellərindən istifadə edənlər, yalnız internet axtarışı aparanlar, heç bir yardım almadan çalışanlar.

Elektroensefaloqrafiya (EEQ) nəticələrinə görə, intellektual alqoritmlərdən (İA) istifadə edənlərdə koqnitiv fəaliyyətin azalması, yaddaş zəifləməsi və fikrin formalaşmasında çətinliklər müşahidə olunub. Dörd ay fasiləsiz İA istifadəsi bu təsirləri gücləndirib. İA-dan imtina edənlərdə beyin funksiyalarının əvvəlki vəziyyətə dönməsi çətin olub. Əvvəllər İA istifadə etməyən, lakin sonradan istifadə edənlər əvvəlcə məhsuldarlıq artımı yaşasa da, zamanla eyni geriləməni göstəriblər.

Ekspertlər xəbərdarlıq edir ki, süni intellekt faydalı alət olsa da, ondan həddindən artıq asılılıq tənqidi düşüncə və öyrənmə qabiliyyətinə (xüsusilə təhsil sahəsində) zərər verə bilər.

Həmçinin vurğulanıb ki, “ChatGPT” kimi sistemlər hər 10-50 sorğu üçün serverlərin soyudulması məqsədilə təqribən 50 ml su sərf edir. Uzun və formal üslublu sorğular isə enerji və resurs sərfini artırır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv