Rəsmi iş yeri olmayanlar ipoteka krediti ala biləcəklər?

Rəsmi iş yeri olmayanlar ipoteka krediti ala biləcəklər?






presstv

"Presstv"az #İpoteka Krediti, #Vüqar Bayramov, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Əldə ilkin ödəniş üçün pul var, rəsmi iş yerin olmadığı üçün ev sahibi ola bilmirsən.

Bərbər, bənna, dərzi və digərləri. Bu cür onlarla peşə sahəsi var ki, öz gəlirlərini rəsmi qaydada göstərə bilməyənlər ipoteka krediti ala bilmirlər.

Baku TV mövzu ilə bağlı paytaxt sakinləri arasında sorğu keçirib.

Vətəndaşlar “Elə insanlar var ki, gəlirləri var, amma rəsmi iş yeri olmadığı üçün kredit götürə bilmirlər”, “Bu problemə görə insanların ev almaq arzusu fantaziya olaraq qalır” kimi fikirlər səsləndiriblər.

Məsələ ilə bağlı Kredit Zəmanət Fondundan bildirilib ki, yaxın gələcəkdə ipoteka kreditləri ilə bağlı hər hansı dəyişikliyin olması gündəmdə deyil:

“İpoteka krediti verilərkən əsas şərtlərdən biri vətəndaşın rəsmi gəlirlərinin olmasıdır. Ona görə də kreditin fərdi əməklə məşğul olan şəxslərə verilməsi ilə bağlı qanunvericilikdə hər hansı müddəa yoxdur”.

Bəs rəsmi iş yeri olmadan əlavə gəlir yeri olanlara niyə ipoteka krediti düşmür? Şərtləri bir qədər sadələşdirmək olmaz?

Millət vəkili Vüqar Bayramov bildirir ki, bu, mümkünsüz deyil. Bir sıra inkişaf etmiş ölkələrdə ipoteka kreditlərinin verilməsində davranış modelindən istifadə olunur.

Daha ətraflı Baku TV-nin süjetində:

 

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv