Paşinyan haqlıdır: bu, sülh sazişinin tələbidir

Paşinyan haqlıdır: bu, sülh sazişinin tələbidir






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Paşinyanın “yeni konstitusiyanın qəbul edilməsi” fikri Ermənistanda əsas müzakirə mövzusuna çevrilib: hakimiyyət bunu konstitusiyanın mövcud reallığı əks etdirmədiyi ilə əsaslandırır, müxalifət iqtidarı Bakı və Ankaranın “sifarişini” yerinə yetirməkdə ittiham edir.

“Presstv”az Milli.az-a istinadən xəbər verir ki, bu barədə siyasi şərhçi Asif Nərimanlı bildirib.

Ermənistan hakimiyyəti haqlıdır, çünki mövcud konstitusiya “müstəqillik bəyannaməsi”nin yerinə yetirilməsini tələb edir. Ki, 12 bəndlik bəyannamədə Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları irəli sürülür:

– bəyannamədə artıq mövcud olmayan qondarma “dağlıq qarabağ şurasının” 1989-cu ildə qəbul etdiyi qondarma “birləşmə” – “miatsum” qərarına istinad olunur;

– bəyannamənin 11-ci bəndində qeyd olunur: “Ermənistan respublikası 1915-ci ildə Osmanlı Türkiyəsi və Qərbi Ermənistanda (qondarma) erməni soyqırımınının beynəlxalq səviyyədə tanınmasını dəstəkləyir”.

Azərbaycan Qarabağ üzərində suverenliyini təmin edib. Bu reallıq fonunda Ermənistanın mövcud konstitusiyasının saxlanılması Azərbaycana qarşı ərazi iddiasının davam etdirilməsi deməkdir və Bakı ilə münasibətlərin qurulması prinsipinə ziddiyyət təşkil edir. Rəsmi İrəvan sülh sazişi imzalamaq (bu sazişi nə qədər öz maraqları çərçivəsində qəbul etdirməyə çalışsa da), regional kommunikasiyaların açılmasına nail olmaq və Ermənistanı “dalandan” çıxarmaq niyyətindədir. Bunun üçün Bakı və Ankara ilə normallaşma vacib şərtdir. Və qondarma “artsax” ideyasının, eləcə də qondarma “soyqırım” iddialarının rəsmi səviyyədə saxlanılması fonunda Azərbaycan və Türkiyə ilə normallaşma mümkün deyil. Paşinyanın yeni konstitusiya istəyi bu reallığa uyğunlaşmaq məqsədi daşıyır. Yeni konstitusiya qəbul ediləcəyi təqdirdə Ermənistanın gerbinin də dəyişdirilməsi aktuallaşacaq. Çünki gerbdə əksini tapan simvollar Türkiyəyə qarşı ərazi iddialarını əks etdirir.

“Presstv”az xəbər portalı.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv