İtaliya XİN: “29 vətəndaşımız Azərbaycan vasitəsilə İranı tərk edib”

İtaliya XİN: “29 vətəndaşımız Azərbaycan vasitəsilə İranı tərk edib”






presstv

"Presstv"az #Azərbaycan, #Bakı, #İran, #İsrail, #İtaliya, #Tehran

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“İran və İsrail arasında gərginliyin artması fonunda 29 italiyalı İranı tərk edərək Azərbaycan üzərindən İtaliyaya qayıdıb”.

presstvaz-ın verdiyi məlumata görə, bu barədə İtaliyanın baş nazirinin müavini və xarici işlər naziri Antonio Tayani “X” sosial şəbəkəsindəki rəsmi hesabında məlumat verib.

“Bir neçə dəqiqə əvvəl 29 həmyerlimiz uzun səfərdən sonra quru yol ilə İranı tərk edərək Azərbaycan vasitəsilə təhlükəsiz şəkildə ölkədən çıxdılar”, – deyə Tayani bildirib.

Nazir bununla bağlı təşəkkürünü də ifadə edib:

“Tehrandakı və Bakıda yerləşən səfirliklərimizə təşəkkür edirəm”.

Tayani əlavə edib ki, İtaliya hökuməti regionda olan bütün vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün tədbirlər görməkdə davam edir:

“İtaliya vətəndaşları heç vaxt bizim tam dəstəyimizdən məhrum qalmayacaqlar”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv