Yerdəki bütün canlıları təhdid edən “Güzgü həyat”: Eksperimentin dərhal dayandırılması tələb edilir

Yerdəki bütün canlıları təhdid edən “Güzgü həyat”: Eksperimentin dərhal dayandırılması tələb edilir






presstv

"Presstv"az #Bakteriya, #DNT, #Paris

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Alimlər “güzgü bakteriyalar”ın yaradılması ilə bağlı eksperimentlərin dərhal dayandırılmasını tələb edirlər. Onların fikrincə, bu tədqiqatlar bəşəriyyət üçün potensial ekzistensial təhlükə yaradır.

presstvaz “Express” nəşrinə istinadla bildirir ki, bu barədə Parisdə keçirilən elmi tədbirdə xəbərdarlıq edilib.

Qeyd olunub ki, həyatın əsasını təşkil edən molekulların əksəriyyəti iki formada mövcuddur – biri digərinin güzgüdəki əksinə bənzəyir. Alimlərin sözlərinə görə, Yer üzərindəki bütün canlı orqanizmlərin DNT-si adətən “sağ formalı” nukleotidlərdən, zülalları isə “sol formalı” amin turşularından ibarətdir.

Bəzi tədqiqatçılar bu təbii nizamı dəyişərək “güzgü molekulları” yaratmağın mümkün nəticələrini öyrənmək istəyirlər. Onlar sağ əvəzinə sol nukleotidlər, sol əvəzinə isə sağ amin turşuları olan süni molekullar sintez etməyə çalışırlar. Lakin ekspertlər xəbərdarlıq edirlər ki, belə müdaxilə Yer həyatının əsas biokimyəvi tarazlığını poza bilər.

“Güzgü həyat”ın tərəfdarları bu texnologiyanın müalicəsi çətin olan bəzi xroniki xəstəliklərin aradan qaldırılmasına kömək edəcəyini iddia edirlər. Əleyhdarları isə hesab edirlər ki, belə süni həyat formalarını nəzarətdə saxlamaq çox çətin olacaq.

Alimlər bildirirlər ki, bu cür orqanizmlər nəzarətdən çıxaraq Yer ekosistemlərini poza, invaziv növ kimi yayılaraq insan da daxil olmaqla, mövcud canlıları təhdid edə bilər.

Hazırda bu tip “güzgü həyat” formalarının yaradılması üçün ən azı 10 il vaxt tələb olunsa da, ekspertlər xəbərdarlıq edirlər: bu istiqamətdə işlərin davam etdirilməsi bəşəriyyətin gələcəyi üçün ciddi təhlükələr yarada bilər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv