“Molokan” bağındakı qızı niyə evinə gətirdi? – Öləcəyi günü bilən Lütfəli Abdullayev

“Molokan” bağındakı qızı niyə evinə gətirdi? – Öləcəyi günü bilən Lütfəli Abdullayev






presstv

"Presstv"az #Aktyor, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Baku TV-nin “Retro Baku” verilişinin yeni buraxılışı aktyor Lütfəli Abdullayevə həsr olunub.

Verilişdə aktyorun qızı, Əməkdar artist Xurşid Abdullayeva atası ilə bağlı xatirələrini bölüşüb.

“Atamla keçirdiyim hər gün indi də yadımdadır. O, işi ilə bağlı çox məşğul olsa da, həmişə bizə diqqət yetirirdi. Birlikdə rayona gedər, onun məşqlərində iştirak edər, tamaşalara baxardıq. Mənə həmişə “sən ali savadlı olmalısan. İstədiyin peşəni seçə bilərsən, amma aktrisa olduğunu bilsəm, qəbirdən çıxıb səni öldürəcəyəm” deyərdi”, – Xurşid Abdullayeva söyləyib.

Proqramda Xalq artisti Cahangir Novruzov Lütfəli Abdullayevin ölümünü qabaqcadan hiss etdiyini deyib:

“O, insult keçirməmişdən bir gün əvvəl telefon dəftərini qabağına qoyaraq bütün yaxınlarına zəng etdi. Şəmsi Bədəlbəyliyə də yığaraq “sabah atanın yanına gedəcəyəm, ona sözün var?” dedi. Gecə də hər kəslə zarafat etmişdi”.

Ətraflı süjetdə:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv