Depozit faizləri daha da arta bilər?

Depozit faizləri daha da arta bilər?






presstv

"Presstv"az #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Son iki ildə bankların təklif etdikləri depozit faizləri ciddi şəkildə artıb. Depozit müddətindən asılı olaraq əmanət edilən vəsaitdən illik 12%-ə qədər gəlir əldə etmək olar.

presstvaz Xəzər TV-yə istinadən xəbər verir ki, iqtisadçı ekspert Rəşad Həsənov bildirib ki, bu gün bankların təklif etdiyi yerli valyutada depozit faizlərinin artması ilə yanaşı xarici valyuta ilə olan əmanət faizlərində də artım var.

Requlyator qurum tərəfindən ehtiyat normaların artırılması ilə bağlı qərarların qəbul edilməsi də yeni depozitlərin cəlb edilməsinə zərurət yaradıb.

Rəşad Həsənovun sözlərinə görə, depozit faizlərinin artmasına paralel olaraq kredit faizlərində də artımlar müşahidə edilib və bu bazar böyüyüb.

R.Həsənov bildirib ki, ehtimallar ondan ibarətdir ki, depozitlər və kreditlərin faiz dərəcələrində müşahidə edilməkdə olan artım tendensiyası nisbətən sabitləşəcək. Orta-uzun müddətli dövrdə faizlər yenidən aşağı düşə bilər.

Ətraflı süjetdə:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv