“McDonald”s Azərbaycan” 100% halal mal ətindən tam istifadəyə keçdiyini elan etdi!

“McDonald”s Azərbaycan” 100% halal mal ətindən tam istifadəyə keçdiyini elan etdi!






presstv

"Presstv"az #Almaniya, #Avropa, #Azərbaycan, #Buzovna qəsəbəsi, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“McDonald”s Azərbaycan” şirkəti yerli istehsal olan halal mal ətindən tam istifadəyə keçdiyini elan edib.

Artıq bütün restoranlarda ətli burgerlərin hazırlanmasında yalnız Azərbaycanda istehsal olunmuş, beynəlxalq keyfiyyət və qida təhlükəsizliyi tələblərinə tam uyğun olan mal ətindən istifadə olunur.

Tədarükləri “AzProtein Foods Group” şirkəti həyata keçirir. Şirkətin Buzovna qəsəbəsində yerləşən zavodunun ərazisində qabaqcıl texnologiyalarla təchiz olunmuş və “McDonald”s”ın beynəlxalq standartlarına uyğun şəkildə layihələndirilmiş ixtisaslaşmış kompleks inşa edilib. Lokallaşma prosesində həm yerli, həm də beynəlxalq ekspertlər iştirak ediblər ki, bu da layihənin bütün mərhələlərində yüksək keyfiyyətə nəzarəti təmin edir.

Burgerlərin tərkibi isə əvvəlki kimi dəyişməz olaraq qalır: yalnız 100% mal əti istifadə olunur, heç bir əlavə qatqı yoxdur – restoranda yalnız duz və istiot əlavə edilir.

Heyvanlar ölkə ərazisində optimal şəraitdə saxlanılır, yalnız təbii yemlər əsasında balanslaşdırılmış qidalanma ilə təmin olunurlar və daim baytar nəzarətində olurlar.

İstehsal proseslərinin “Halal” standartlarına uyğunluğu “AzeSERT HALAL” sertifikatlaşdırma qurumu tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyi və beynəlxalq tələblər əsasında rəsmi şəkildə təsdiq olunub. İstehsalın bütün mərhələlərinə xüsusi təlim keçmiş işçi heyəti nəzarət edir və proseslər ciddi şəkildə müəyyən edilmiş qaydalara uyğun həyata keçirilir.

İstehsal və logistika – məhsulun daşınması və saxlanması zamanı temperatur rejimi də daxil olmaqla – ixtisaslaşmış mütəxəssislər tərəfindən daim nəzarətdə saxlanılır. Məhsul həmçinin müstəqil laboratoriya analizlərindən keçirilir və Almaniyada yerləşən “McDonald”s”ın Avropa keyfiyyət mərkəzində test edilir.

Ət tədarükünün lokallaşdırılması “McDonald”s Azərbaycan” şirkətinin ölkədaxili dayanıqlı təchizat zəncirlərinin inkişafına yönəlmiş strategiyasında mühüm mərhələdir. Şirkət bundan əvvəl süd məhsulları, tərəvəz və sous tədarükünün də lokallaşdırılmasını həyata keçirmişdi. Mal ətinin lokallaşdırılması təşəbbüsü isə yalnız daxili bazar üçün deyil, eyni zamanda qonşu ölkələrə ixrac üçün də əlavə imkanlar yaradaraq yerli iqtisadiyyatın inkişafına töhfə verir.

Qeyd edək ki, “McDonald”s Azərbaycan” yerli istehsalçılarla əməkdaşlığını genişləndirməyə davam edərək, qeyri-neft sektorunun inkişafına, aqrar-sənaye kompleksinin möhkəmləndirilməsinə və yeni iş yerlərinin yaradılmasına töhfə verir.

 

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv