SEPAH İran Dövlət Televiziyasının binasına zərbə endirilən İsrail bazasını vurdu

SEPAH İran Dövlət Televiziyasının binasına zərbə endirilən İsrail bazasını vurdu






presstv

"Presstv"az #Ailə, #Ballistik raket, #Hərbi Hava Qüvvələri, #İran, #İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH), #İsrail, #Təbriz şəhəri, #Təl-Əviv, #təyyarə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İran Dövlət Televiziya və Radio Yayımları Şirkətinin binasına hücum edən İsrail hərbi bazası İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Aerokosmik Qüvvələrinin ballistik raketləri ilə hücuma məruz qalıb.

presstvaz xəbər verir ki, bu barədə “Nour News” agentliyi məlumat verib.

Qeyd edək ki, bir neçə saat əvvəl İran Dövlət Televiziyasının binasına zərbə endirilmişdi.

00:49

İran Silahlı Qüvvələri İsrailə yeni raket zərbələri endirib.

presstvaz xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Məlumata görə, İran İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) sözçüsü “Doğru vəd 3” əməliyyatının doqquzuncu dalğasının başladığını və səhərə qədər davam edəcəyini bildirib.

Yəhudi dövlətinə qarşı atılan sursatların dəqiq sayı açıqlanmayıb.

Raketlərdən biri Hayfa neft emalı zavoduna düşüb. İranın zərbəsindən sonra ciddi ziyan görən zavodda işlər dayandırılıb.

16 iyun, 22:37

İranın Hava Hücumundan Müdafiə Qüvvələri Təbriz şəhəri səmasında İsrail Hərbi Hava Qüvvələrinə məxsus F-35 qırıcısını məhv edib.

presstvaz xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat verib.

İddialara görə, bu, artıq İran ordusu tərəfindən vurulan İsrailin dördüncü F-35 təyyarəsidir.

14:09

İran Təl-Əviv və Hayfa şəhərlərinə zərbələr endirərkən hipersəsli raketlərdən istifadə edib.

presstvaz bu barədə “Tasnim” agentliyinə istinadla xəbər verir.

Agentliyin məlumatına görə, döyüş başlıqları İsrailin raketdən müdafiə sistemini asanlıqla aşıb və nəzərdə tutulan hədəfləri vurub.

Bildirilir ki, İranın İsrailə qarşı hipersəsli raket zərbələrinin sayını artıracağı ehtimal edilir.

09:41

İran Silahlı Qüvvələrinin elit birləşməsi olan İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH), İsrailin hava hücumundan müdafiə sistemlərini bir-birinə atəş açmağa vadar edib.

presstvaz xəbər verir ki, bu barədə SEPAH-ın yaydığı bəyanatda bildirilib.

Məlumata görə, bu nəticə SEPAH-ın kəşfiyyat və texniki sahədə “yeni metod və imkanlar” tətbiq etməsi ilə mümkün olub.

“Düşmən sionist rejiminin çoxpilləli komanda və idarəetmə sistemləri sıradan çıxıb və bir-birini atəşə tutmağa başlayıb”, – deyə bəyanatda qeyd edilib.

Xatırladaq ki, bir gün əvvəl SEPAH İsrailə qarşı “Hac Qasim” adlı taktiki və idarə olunan bərk yanacaqlı ballistik raketlərdən istifadə etdiyini açıqlamışdı. Bu raketlərin uçuş məsafəsi 1 400 km-dən çoxdur. Raketlər 2020-ci ildə öldürülən SEPAH-ın “Əl-Qüds” xüsusi təyinatlı qüvvələrinin komandiri general Qasim Süleymaninin şərəfinə adlandırılıb.

Bununla yanaşı, bazar günü axşam saatlarında İran İsrailin kəşfiyyat mərkəzlərinə zərbələr endirib. Hərbçilər bu hücumu “Doğru vəd – 3” əməliyyatının üçüncü dalğası adlandırıblar.

İran raketləri Təl-Əviv və Hayfa şəhərlərindəki hədəfləri vurub. Həmçinin “Rafael” silah istehsalı şirkətinə məxsus zavodun da zərbə aldığı bildirilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv