Azərbaycan Xizək Alpinizmi üzrə Dünya Çempionatına ev sahibliyi edəcək

Azərbaycan Xizək Alpinizmi üzrə Dünya Çempionatına ev sahibliyi edəcək






presstv

"Presstv"az #Azərbaycan, #İdman, #Qusar rayonu

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycan tarixində ilk dəfə olaraq 2027-ci ildə Xizək Alpinizmi üzrə Dünya Çempionatına ev sahibliyi edəcək.

presstvaz xəbər verir ki, Qış İdman Növləri Federasiyasının təşəbbüsü ilə Xizək Alpinizmi üzrə Dünya Çempionatının ölkəmizdə keçirilməsi üçün Beynəlxalq Xizək Alpinizmi Federasiyasına (ISMF) müraciət ünvanlanıb.

Müraciət müsbət qiymətləndirilib və çempionatın Qusar rayonunda yerləşən "Şahdağ" Turizm Mərkəzində təşkili ilə bağlı qərar qəbul edilib. Yarış artıq ISMF-in rəsmi təqviminə də daxil edilib.

Nüfuzlu beynəlxalq idman tədbiri 2027-ci ilin 28 fevral – 7 mart tarixlərində keçiriləcək. Bu çempionat Azərbaycanın qış idman növləri sahəsində artan potensialını və beynəlxalq arenadakı mövqeyini bir daha nümayiş etdirəcək.

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv