Xərçəng kişiləri daha çox öldürür – Qorxunc statistika

Xərçəng kişiləri daha çox öldürür – Qorxunc statistika






presstv

"Presstv"az #Azərbaycan, #Elektron siqaret, #Siqaret, #Teymur Musayev, #Xərçəng xəstəliyi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycanda xərçəng xəstəlikləri səbəbilə ölüm halları ciddi narahatlıq doğurur. Təkcə ötən il bu diaqnozla ölənlərin sayı 9 min 681 nəfər təşkil edib. 5 min 546 nəfəri kişi, 4 min 135 nəfəri isə qadın olub. Statistika göstərir ki, kişilər arasında ölüm halları daha yüksəkdir.
 
Qeyd edək ki, 2023-cü ildə Azərbaycanda xərçəng xəstəliyindən ölənlərin sayı haqqında dəqiq statistik məlumat mövcud deyil. Ancaq 2023-cü ildə ümumilikdə 18,462 yeni xərçəng xəstəsi qeydə alınıb, bu da 2022-ci illə müqayisədə 24% artım deməkdir.
 
Səhiyyə naziri Teymur Musayev də Azərbaycanda xərçəngdən ölüm hallarının artması məsələsindən danışıb. Onun sözlərinə görə, artım təkcə Azərbaycanda deyil, qlobal miqyasda da müşahidə olunur. O, Türkdilli Dövlətlər Birliyi Onkoloqlarının Birinci Konqresində çıxışı zamanı qeyd edib ki, 2022-ci ildə dünyada 20 milyon nəfər xərçəngə yeni yoluxub.
 
Nazir bu vəziyyətin əsas səbəbləri kimi əhalinin yaşlanması, ətraf mühitin çirklənməsi və həyat tərzindəki dəyişiklikləri göstərib. Onun fikrincə, bu faktorlar xəstəliyin yayılmasında ciddi rol oynayır.
 
Maraqlıdır,  kişilər arasında ölüm hallarının daha çox olmasının səbəbi nədir? Xərçəng xəstəliyinin artım tempi Azərbaycanda səhiyyə sisteminə hansı çağırışları edir?
 
Mövzu ilə bağlı Bizim.Media-ya danışan tibb üzrə fəlsəfə doktoru, onkoloq Fərid Museyibov bu sahədəki real vəziyyəti dəyərləndirib:
 
"Xərçəng xəstəliyi yalnız ölkəmizdə deyil, bütün dünyada sürətlə yayılır. Bunun bir çox səbəbi var. Ən əsas səbəb isə qidalanmadır. Hava çirkliliyi, tütün və elektron siqaretlərdən istifadə, fastfood qidalar, qazlı içkilər, hərəkətsizlik və artıq çəki bu xəstəliyin yayılmasında mühüm rol oynayır. Təəssüf ki, çöldə yeməyə üstünlük verilməsi, həmin qidalardakı karsinogen maddələr riskləri artırır. Son 6 ayın statistikasına əsasən, artıq xərçəng ürək-damar xəstəliklərini geridə qoyaraq birinci yerə yüksəlib. Digər mühüm faktor isə genetik meyillilikdir."
 
Ekspertlərin fikrincə, mövcud vəziyyət səhiyyə sisteminə ciddi təzyiq yaradır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv