Marsda “gizlənmiş” vulkan aşkar edildi

Marsda “gizlənmiş” vulkan aşkar edildi






presstv

"Presstv"az #ABŞ, #elmi tədqiqat, #Gəmi, #Günəş, #Hadisə, #Planet, #Yer kürəsi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Mars səthində yerləşən və hündürlüyü təxminən 2 kilometr olan Ezero Mons dağı əvvəllər vulkan kimi qəbul edilmirdi. Lakin "Communications Earth & Environment" jurnalında dərc olunmuş yeni elmi tədqiqatın nəticələri bu relyef formasının partlayış tipli vulkanizmin bütün əlamətlərini daşıdığını göstərib.

AZƏRTAC xəbər verir ki, ABŞ-ın Corciya Texnologiya İnstitutundan Sara K. Kuevas-Kinonesin rəhbərlik etdiyi tədqiqat qrupu dağın morfoloji xüsusiyyətlərini, mineral tərkibini, termal göstəricilərini və meteorit kraterlərinin sıxlığını təhlil edərək bu nəticəyə gəlib. Orbitdən əldə olunan spektral məlumatlar püskürməli vulkanik zonalara xas olan piroksen, smektit, fillosilikat və opal silisium oksidi kimi mineralların izlərini aşkarlayıb.

Dağın şimal-qərb yamacından kraterə doğru uzanan iki axın quruluşu bu yüksəklikdə vulkanik mənşə ehtimalını gücləndirir. Söhbət lava axınlarından deyil, vulkanik və ya qravitasiya fəaliyyəti ilə əlaqəli piroklastik axınlar, sel axınları və ya aşağı özlülüklü lavalar kimi qədim geoloji birləşmələrdən gedir ki, bunlar həm vulkanik, həm də qravitasiya mənşəli ola bilər.

Ezero Monsun zirvəsində yerləşən krater də vulkanik mənşə fərziyyəsini dəstəkləyir. Tədqiqatçılara görə, bu krater vulkanın zirvəsinin sektoral çökməsi nəticəsində yaranmış ola bilər. Yer kürəsində buna bənzər hadisə 1980-ci ildə ABŞ-da yerləşən Sent-Helens vulkanının püskürməsi zamanı müşahidə olunmuşdu.

Meteorit kraterlərinin sıxlığını təhlil edən alimlər bu Mars stratovulkanının səthinin təxminən 1 milyard il yaşı olduğunu müəyyən ediblər. Bu isə o deməkdir ki, bölgədəki vulkanik fəallıq əvvəllər düşünüləndən daha uzun müddət davam etmiş ola bilər.

Tədqiqatçılar Ezero kraterinin dibindəki süxurlar haqqında daha ətraflı məlumatı yalnız Perseverance kosmik gəmisinin topladığı nümunələr Yerə çatdırıldıqdan sonra əldə edə biləcəklər. Əgər fərziyyə təsdiqini tapsa, Ezero Mons Günəş sistemində başqa bir planetdə aşkar olunan ilk stratovulkan olacaq.

Əldə edilmiş nəticələr maqmatik fəallığın konkret geoloji mənbə ilə birbaşa əlaqələndirilməsinə imkan verir. Kəşf həmçinin Qırmızı planetdə onlarla, hətta yüzlərlə qədim stratovulkanın mövcud ola biləcəyini göstərir. Onların çoxu orbital çəkilişlərin məhdudiyyətlərinə görə hələ də aşkar olunmayıb. Maraqlıdır ki, Ezero Mons özü də Marsın ən çox tədqiq edilmiş bölgələrindən birində yerləşsə də, indiyədək diqqətdən kənarda qalmışdı.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv