Xameneinin müşaviri Əli Şamxani İsrailin raket hücumundan sağ çıxıb

Xameneinin müşaviri Əli Şamxani İsrailin raket hücumundan sağ çıxıb






presstv

"Presstv"az #ABŞ, #İran, #İsrail

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İranın ali lideri Əli Xameneinin müşaviri Əli Şamxani İsrailin hava zərbələri nəticəsində ölməyib.

presstvaz-ın verdiyi məlumata görə, bu barədə ISNA agentliyi xəstəxana əməkdaşına istinadən məlumat yayıb.

Bildirilir ki, Şamxani ağır xəsarətlər alsa da, hazırda müalicə olunur. Lakin son günlər ərzində onun səhhətində ciddi irəliləyiş müşahidə olunmayıb.

Qeyd edək ki, daha əvvəl Şamxaninin həlak olduğu bildirilirdi. O, ABŞ ilə aparılan danışıqlarda İran tərəfini təmsil edən nüvə proqramı üzrə nümayəndə heyətinin üzvü olub.

Xatırladaq ki, 13 iyuna keçən gecə İsrail “Oyanan şir” adlı əməliyyata başlayaraq İranın nüvə obyektlərinə zərbələr endirib. İran cavab olaraq raketlər buraxıb. Tərəflər artıq dörd gündür bir-birinə qarşı raket hücumları həyata keçirdir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv