Azərbaycan-İran biznes forumu TƏXİRƏ SALINDI

Azərbaycan-İran biznes forumu TƏXİRƏ SALINDI






presstv

"Presstv"az #ABŞ, #ABŞ dolları, #Azərbaycan, #Bakı, #Dollar, #İran, #İsrail, #Tehran

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bakıda iyunun 18-də keçirilməsi planlaşdırılan Azərbaycan-İran biznes forumu qeyri-müəyyən müddətə təxirə salınıb.

presstvaz xəbər verir ki, bu barədə “Report”a Beynəlxalq İstehsalçılar, İxracatçılar və İdxalçılar Klubundan (ICMEI) məlumat verilib.

Forumda İranın təxminən 50-i şirkətinin iştirakı planlaşdırılırdı.

Görüş çərçivəsində iki ölkənin sahibkarları arasında əməkdaşlıq perspektivlərinin müzakirəsi və yeni işgüzar əlaqələrin qurulmasına yönəlmiş B2B danışıqları planlaşdırılmışdı.

Bu forum 2025-ci ildə Azərbaycan və İran arasında bu növ artıq ikinci tədbir olmalı idi.

ICMEI-nin məlumatına görə, hazırda Azərbaycanda təxminən 2 980 İran şirkəti qeydiyyatdadır. İranın ölkə iqtisadiyyatına investisiyalarının məbləği 5 milyard ABŞ dollarını keçib.

Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, bu ilin yanvar-aprel aylarında iki ölkə arasında ticarət dövriyyəsinin dəyəri 204.54 milyon ABŞ dolları təşkil edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 11.5% çoxdur. 5 ayda Azərbaycandan İrana ixracın dəyəri 5.85 milyon ABŞ dolları (+29%), bu ölkədən idxalın dəyəri isə 198.69 milyon ABŞ dolları (+11.1%) təşkil edib.

2024-cü ildə isə iki ölkə 2023-cü illə müqayisədə 33% çox – 647 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatları aparıb. Rəsmi Bakı və Tehran bu göstəricini növbəti 5 il ərzində 10 milyard ABŞ dollarına çatdırmaq məqsədi qoyub.

Qeyd edək ki, son günlər İranla İsrail arasında gərginlik artıb. Tərəflər bir-birinə qarşı silsilə raket hücumları həyata keçirirlər. Partlayışlar nəticəsində yüzlərlə insan həlak olub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv