İrandan İsrailə qarşı yeni raket hücumu: 10 nəfər ölüb, 200 nəfər yaralanıb

İrandan İsrailə qarşı yeni raket hücumu: 10 nəfər ölüb, 200 nəfər yaralanıb






presstv

"Presstv"az #Ailə, #Ballistik raket, #İran, #İsrail, #Raket hücumu, #Təl-Əviv

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İranın İsrailə ötən gecə raket zərbələri nəticəsində ölənlərin sayı 10-a çatıb.

presstvaz xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.

Məlumata görə, təxminən 200 nəfər yaralanıb, onlardan ən azı 65 nəfər xəstəxanaya yerləşdirilib. Xilasedicilər hələ də azı 35 itkin düşən şəxsin axtarışını davam etdirirlər.

09:00

İranın Təl-Əviv ətrafında yaşayış binasına endirdiyi raket zərbəsi nəticəsində azı 4 nəfər həlak olub.

presstvaz xəbər verir ki, bu barədə “Times of Israel” məlumat yayıb.

Məlumata görə, Təl-Əvivin ətrafındakı Bat Yamda həlak olanlar arasında iki uşaq da var. Hücum zamanı daha 137 nəfər yaralanıb, təxminən 35 nəfər itkin düşüb. Binanın özü uçmaq təhlükəsi ilə üz-üzədir və xilasedicilər içəridə qalan zərərçəkənləri tapmağa çalışırlar.

Eyni zamanda, Rehovot şəhərində yerləşən Veyzman Elmi İnstitutunun Tədqiqat Mərkəzinə ciddi ziyan dəyib və yanğın olub.

04:16

İran İsrailə yeni raket hücumuna başlayıb.

presstvaz xəbər verir ki, bu barədə IRNA agentliyi məlumat verib.

Qeyd olunur ki, İrandan raket buraxılışı xəbərləri fonunda Təl-Əvivdə həyəcan siqnalları səslənir.

15 iyun, 02:16

İranın İsrail ərazisinə endirdiyi raket zərbəsinin hədəfi enerji infrastrukturu obyektləri olub.

presstvaz xəbər verir ki, bu barədə İranın “Fars” xəbər agentliyi məlumat verib.

Qeyd olunur ki, yüksək dəqiqliyə malik raketlər İsrailin əsas enerji obyektlərini vurublar.

Məlumata görə, raket zərbəsi İsrailin mərkəzində elektrik təchizatı sistemində fasilələrə səbəb olub, həmçinin bəzi kritik infrastrukturu sıradan çıxarıb.

Bundan əvvəl, İranın İsrailin ölkədəki enerji obyektlərinə hücumlarına cavab olaraq Hayfadakı neft emalı zavoduna hücum etdiyi bildirilib.

İranın daha bir raket zərbəsi nəticəsində 1 nəfər ölüb, 14 nəfər yaralanıb. Qeyd olunur ki, raket İsrailin şimalında Aşağı Qalileya bölgəsində ikimərtəbəli yaşayış evinə düşüb.

15 iyun, 01:06

İran ballistik raket və pilotsuz uçuş aparatlarından (PUA) istifadə etməklə İsrailə qarşı kütləvi zərbələrə başlayıb.

presstvaz xəbər verir ki, bu barədə İranın IRNA agentliyi məlumat verib.

Qeyd olunur ki, bir neçə raket İsrailin hava hücumundan müdafiə sistemlərindən yayına bilib və Hayfa şəhərindəki hədəfləri vurub.

15 iyun, 00:42

İran İsrail istiqamətində raket atmağa başlayıb.

presstvaz xəbər verir ki, bu barədə İranın “Mehr” agentliyi məlumat verib.

Öz növbəsində İsrail ordusu da İran ərazisindən raket buraxılışını qeydə aldığını bildirib.

“İsrail Müdafiə Ordusu İran ərazisindən öz ərazisinə doğru raket buraxılışını qeydə alıb. Müdafiə sistemləri təhlükənin qarşısını almaq üçün çalışır”, – ordunun mətbuat xidmətinin bəyanatında qeyd olunub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv