İsraildən Tehrana genişmiqyaslı hava hücumu: Yanacaq çənləri də hədəfə məruz qalıb

İsraildən Tehrana genişmiqyaslı hava hücumu: Yanacaq çənləri də hədəfə məruz qalıb






presstv

"Presstv"az #Hadisə, #Hərbi Hava Qüvvələri, #İran, #İsrail, #İsrail Müdafiə Qüvvələri, #Tehran

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İsrail Hərbi Hava Qüvvələri Tehranda bir sıra hədəflərə qarşı genişmiqyaslı hava hücumları həyata keçirib.

presstvaz xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) Mətbuat Xidməti məlumat yayıb.

“Bir qədər əvvəl İsrail Hərbi Hava Qüvvələri İran rejiminin nüvə silahı hazırlama layihəsi ilə əlaqəli bir sıra hədəflərə qarşı genişmiqyaslı kəşfiyyat xarakterli zərbələr endirib”, – deyə açıqlamada qeyd olunur.

Hücumların əsas hədəfləri İran Müdafiə Nazirliyinin və Müdafiə İnnovasiyaları və Tədqiqatlar Təşkilatının qərargahları olub.

Bundan əlavə, Tehranda yerləşən yanacaq çənləri də zərbələrə məruz qalıb.

 

03:52

İsrailin Tehrana endirdiyi hava zərbələri İran Müdafiə Nazirliyinin qərargahını hədəf alıb.

presstvaz xəbər verir ki, bu barədə İranın “Tasnim” agentliyi məlumat verib.

Hücum nəticəsində müdafiə naziri Əziz Nəsirzadənin öldürüldüyü ehtimal edilir.

Qeyd edilir ki, nazirliyin inzibati binalarından birinə cüzi ziyan dəyib.

15 iyun, 01:54

İsrail Tehranda iki neft anbarına zərbə endirib, hər iki yerdə yanğın başlayıb.

presstvaz xəbər verir ki, bu barədə İranın “Fars” xəbər agentliyi məlumat verib.

Kan və Şəhran bölgələrindəki neft anbarlarına zərbələr endirilib. Zərbələrin nəticələrini aradan qaldırmaq üçün hadisə yerində fövqəladə xidmətlər işləyir. Mümkün tələfat və yaralananlar barədə məlumat verilmir.

 

15 iyun, 00:54

İsrail Hərbi Hava Qüvvələri (HHQ) Tehrandakı hərbi obyektlərə zərbələr endirməyə başlayıb.

presstvaz TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusu (SAXAL) məlumat verib.

Qeyd olunub ki, İsrail ordusu eyni vaxtda İrandan ölkələrinin ərazisinə atılan raketlərin qarşısını almaq üçün çalışır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv