Donald Tramp 79 yaşında: Fast-fud, diyetik kola, üç evlilik və digər maraqlı faktlar

Donald Tramp 79 yaşında: Fast-fud, diyetik kola, üç evlilik və digər maraqlı faktlar






presstv

"Presstv"az #ABŞ, #Ağ Ev, #Ailə, #Almaniya, #Dollar, #Donald Tramp, #Melaniya Tramp, #Nyu-York

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İyunun 14-də ABŞ-ın 47-ci prezidenti Donald Tramp 79 yaşını qeyd edib. Tramp bu illər ərzində biznesini qurub, qalmaqallarla gündəmə gəlib və yenidən Ağ Evə qayıdıb.

presstvaz Ağ Ev rəhbərinin həyatı haqqında maraqlı faktları təqdim edir.

Ailəsi və mənşəyi

Trampın babası Fridrix Tramp hərbi xidmətdən yayınmaq üçün Almaniyadan ABŞ-yə qaçıb və daşınmaz əmlak sahəsində sərvət qazanıb. Atası Fred Tramp Nyu-Yorkda uğurlu iş adamı olub. Anası Meri Enn Makleod Şotlandiyadan köçmüş sadə balıqçı ailəsindəndir.

Biznesə ilk addımlar

Tramp atasından aldığı 1 milyon dollarlıq “kiçik kredit”lə biznesə başlayıb. Sonradan atasının əmlakından 9 milyon dollaradək istifadə etdiyini etiraf edib.

Qeyri-adi qidalanma vərdişləri

O, içki və kofein qəbul etmir, ancaq gündə 12 banka diyetik kola içir və fast-fud yeməkləri ilə qidalanır. O, bu qidanı “təmiz və təhlükəsiz” hesab edir, çünki adi restoranlarda yeməyə nəyinsə qatılmasından ehtiyat edir.

Şəxsi həyat və qalmaqallar

Tramp üç dəfə evlənib – İvana Tramp, Marla Meyplz və hazırkı həyat yoldaşı Melaniya Tramp. Onun adı 26 qadın tərəfindən cinsi zorakılıq iddialarında hallanıb. Tramp bəzi münasibətlərini, o cümlədən model Karla Bruni ilə əlaqələrini inkar etməyib.

Kino və televiziya karyerası

Tramp 1980-ci illərdən etibarən bir çox filmlərdə və seriallarda kiçik rollarla çıxış edib. Məşhur “Evdə tək 2” filmindəki rolunu isə öz hotelini təqdim etmək qarşılığında “aldığını” rejissor Kris Kolambus etiraf edib.

“Köməkçi” (The Apprentice) şousu onu siyasi arenaya daşıyan əsas platformaya çevrilib.

Donald Tramp televiziyada və mediada yaratdığı obrazla Respublikaçılar Partiyasında ən tanınan fiqurlardan birinə çevrilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv