Tramp daha 36 ölkə vətəndaşının ABŞ-yə girişini qadağan edə bilər

Tramp daha 36 ölkə vətəndaşının ABŞ-yə girişini qadağan edə bilər






presstv

"Presstv"az #ABŞ, #ABŞ Dövlət Departamenti, #Donald Tramp, #Əfqanıstan, #İran, #Kuba, #Liviya, #Misir, #Somali, #Venesuela, #Yəmən

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ Prezidenti Donald Trampın administrasiyası daha 36 ölkənin vətəndaşlarının ölkəyə girişini qadağan edə və ya məhdudlaşdıra bilər.

presstvaz xəbər verirki, bu barədə ABŞ Dövlət Departamentindən daxili sənədləri əldə edən “The Washington Post” yazıb.

Nəşrin məlumatına görə, vətəndaşları ABŞ vizasının alınmasına qadağa qoyulan və ya digər məhdudiyyətlərlə üzləşən ölkələrin siyahısına Misir və Cibuti də daxil olmaqla 25 Afrika ölkəsi, həmçinin Mərkəzi Asiya və Karib hövzəsi ölkələri daxildir. Qeyd olunur ki, bu mövzuda memorandum ABŞ dövlət katibi Marko Rubio tərəfindən imzalanıb və bu siyahıda olan ölkələrə cavabdeh olan diplomatlara göndərilib.

Tramp bundan əvvəl 12 ölkə vətəndaşlarının ABŞ-yə girişini qadağan edib və daha yeddi ölkənin sakinləri üçün qismən məhdudiyyətlər qoyub. Tam qadağa Əfqanıstan, Haiti, İran, Yəmən, Liviya, Myanma, Konqo, Somali, Sudan, Çad, Ekvatorial Qvineya və Eritreya vətəndaşlarına şamil ediləcək. Bundan əlavə, Burundi, Venesuela, Kuba, Laos, Syerra-Leone, Toqo və Türkmənistan vətəndaşları üçün qismən məhdudiyyətlər tətbiq olunacaq.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv